Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Suriya münaqişəsinin yalnız siyasi yolla həlli məqbul sayıla bilər

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Romada keçirilən “Aralıq dənizi dialoqu –MED 2019” adlı sayca 5-ci siyasi forumda çıxış edərək deyib ki, Suriya münaqişəsinin həlli yalnız siyasi yolla məqbuldur. Bu, münaqişəyə cəlb olunan bütün tərəflər üçün, o cümlədən Bəşər Əsəd rejimi üçün ən optimal yoldur. Məlumatı “Anadolu” agentliyi yayıb. 
M.Çavuşoğlu hesab edir ki, Suriyadakı rejim “münaqişənin həlli yalnız siyasi yolla mümkündür” fikrinə inandırmaq mümkün olsa, problemin çözülməsi tezliklə reallaşar. Nazir sonra qeyd edib ki, Cenevrədə Suriya üzrə Konstitusiya Komitəsinin birinci raundunun nəticələri gözləntiləri doğrultsa da, rəsmi Dəməşqin təmsilçiləri komitənin sonrakı işinə mane olmağa cəhd edirlər. 
M.Çavuşoğlu təəssüf hissi ilə bildirib ki, Əsəd qüvvələri və onun tərəfdarları hazırda Suriyanın şimal-qərbindəki təhlükəsizlik zonalarında mülki əhaliyə qarşı təxribatları davam etdirirlər. Nəticədə onlarca günahsız insan həlak olur, on minlərlə adam doğma yaşayış məskənlərini tərk etməyə məcburdur. 
Türkiyənin xarici işlər naziri forumdakı çıxışında ölkəsinin mövqeyini bir daha xatırladaraq deyib ki, Ankara münaqişənin Suriyanın ərazi bütövlüyü çərçivəsində həllinə tərəfdardır. Təəssüf ki, Türkiyənin beynəlxalq antiterror koalisiyası üzrə tərəfdaşları YPG/PKK terrorçularını dəstəkləməkdə davam edirlər. 
M.Çavuşoğlu sonda vurğulayıb ki, Türkiyə İŞİD-lə mübarizəni axıradək davam etdirmək əzmindədir. Bu radikal qruplaşmadan ən çox zərər çəkən ölkələrdən biri məhz Türkiyədir. Belə ki, Türkiyənin yüzlərlə dinc sakini dəhşətli İŞİD terrorunun qurbanı olub. 

 

M.HACIXANLI, “Xalq qəzeti” 

7 Dekabr 2019 22:14 - XƏBƏRLƏR
XƏBƏRLƏR
18 Sentyabr 2020 | 11:56
NASA Venerada həyat axtaracaq
18 Sentyabr 2020 | 11:53
Baş Prokurorluqda yeni təyinat
18 Sentyabr 2020 | 11:42
Dünya əhalisinin sayı artır

Köhnə versiyamızdan xəbərləri izlə