Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

İraqa qarşı sanksiyalar tətbiq edilə bilər

İraqa qarşı sanksiyalar tətbiq edilə bilər

ABŞ dövlət katibinin Yaxın Şərq məsələləri üzrə köməkçisi David Şenker keçirdiyi brifinqdə Birləşmiş Ştatların İraq rəhbərliyinə qarşı sanksiyalar tətbiq edə biləcəyini bildirib. Bu barədə RİA “Novosti” məlumat yayıb.

David Şenker qeyd edib ki, sanksiyalara səbəb ölkədə davam edən etiraz aksiyaları fonunda insan haqlarının pozulmasıdır: “Bu gün ABŞ Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət İdarəsi İraqda fəaliyyət göstərən və dinc etirazçılara atəş açan, onlarla günahsız dinc etirazçının ölümünə səbəb olan üç ordu rəhbərinin adını sanksiya siyahısına daxil edib”, - deyə o, qeyd edib.
David Şenker, həmçinin bildirib ki, ABŞ hökumətdə olmasından asılı olmayaraq, insan hüquqlarını pozan şəxslərə qarşı sanksiyalar tətbiq etməyə davam edəcək. Onun sözlərinə görə, insan hüquqları pozularsa və etirazlara şiddətlə cavab verilərsə  İraqa qarşı kəskin sanksiyalar tətbiq ediləcək.

 

Rövşən ATAKİŞİYEV, “Xalq qəzeti”

7 Dekabr 2019 22:12 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə