Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Dünyanın ən gözəl küçələrinin siyahısı hazırlanıb

Dünyanın ən gözəl küçələrinin siyahısı hazırlanıb

2019-cu il üçün dünyanın ən gözəl küçələrinin siyahısı hazırlanıb. ABŞ-ın CNN xəbər şəbəkəsi tərəfindən hazırlanmış siyahıda ilk sıralarda müvafiq olaraq  Nyu-Yorkun, Londonun, Parisin küçələri yer tutub. Sonrakı sırada isə Yunanıstanın Mikonos adasında yerləşən Matoyanni küçəsi qərarlaşıb. 
CNN-nin tərtib etdiyi siyahıya görə dünyanın ən gözəl küçələri müvafiq olaraq belə göstərilir: Djinli, Çendu, Çin; “Convent Avenue”, Harlem, Nyu-York, ABŞ; Lombard-strit, San Fransisko, ABŞ; Kaminito, La Boca, Buenos-Ayres, Argentina; Fəlsəfə xiyabanı, Kyoto, Yaponiya; “Flask Walk”, Xempsted, London, İngiltərə; “Umbrella Sky Project”, Aqeda, Portuqaliya; “Blue City”, Codxpur, Hindistan; Monsoro meydanı, Paris, Fransa; “Hosier Lane”, Melburn, Avstraliya; Neva prospekti, Sankt-Peterburq, Rusiya; “The Royal Crescent”, Bat, İngiltərə; Via dey Koronari, Roma, İtaliya; Xerştrasse, Bonn, Almaniya; Matoyanni, Mikonos, Yunanıstan; “The Dark Hedges”, “Bregagh Road”, Antrim, Şimali İrlandiya.

Mahmud QƏRİBOV, “Xalq qəzeti”

7 Dekabr 2019 22:11 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə