Ən son xəbərlər
İngiltərənin “Everton” klubu baş məşqçi Marku Silvanı istefaya göndərib. Buna səbəb komandanın Premyer Liqanın XV turunda “Liverpul”a 2:5 hesabı ilə məğlub olması və 18-ci pilləyə düşməsidir. Bildirilir ki, növbəti turda “Çelsi” ilə matça komandanı Dunkan Ferqyuson hazırlayacaq. Klubun baş məşqçisinin vəzifəsi müvəqqəti olaraq ona tapşırılıb.
Məlumatı “Sportbox” yayıb.
Hazırladı: Elçin ABBASOV, “Xalq qəzeti”
Köhnə versiyamızdan xəbərləri izlə