Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Dekabrın 8-də gözlənilən hava şəraiti haqqında məlumat

Bakıda və Abşeron yarımadasında

Dəyişkən buludlu olacağı, arabir tutulacağı, axşama doğru bəzi yerlərdə yağış yağacağı gözlənilir. Səhər bəzi yerlərdə zəif duman olacaq.

Cənub-qərb küləyi əsəcək. Havanın temperaturu  gecə 5-7° isti, gündüz  9-12° isti, Bakıda gecə 5-7°, gündüz  9-11°  isti olacaq. Atmosfer  təzyiqi normadan yüksək 769 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 70-80 %, gündüz 50-55 % olacaq.   

Tibbi-meteoroloji proqnoz

Dekabrın 08-də Abşeron yarımadasında meteoroloji amillərin zəif tərəddüdü meteohəssas insanlar üçün əsasən əlverişlidir.

Azərbaycanın rayonlarında

Əsasən yağmursuz. Lakin axşam bəzi yerlərdə yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var.  Arabir  duman.  Qərb küləyi

əsəcək. Havanın temperaturu gecə 1-5° isti, gündüz  7-12° isti, dağlarda gecə 2-7° şaxta, gündüz 0-4° isti olacaq. 

Xəbərdarlıq

Bakıda və Abşeron yarımadasında:  Dekabrın 8-də axşam, 9-da arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə intensivləşəcəyi ehtimalı var. Şimal-qərb küləyi 9-da arabir güclənəcək.

Azərbaycanın rayonlarında: Dekabrın 8-də axşam, 9-da əsasən şimal və şərq rayonlarında yağıntılı olacağı, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Bəzi yerlərdə intensivləşəcəyi ehtimalı var. Qərb küləyi 09-da ayrı-ayrı yerlərdə arabir güclənəcək.  Dağlıq rayonlarda  gecə saatlarında yolların buz bağlama ehtimalı var.

7 Dekabr 2019 17:48 - EKOLOGİYA
EKOLOGİYA

Köhnə versiyamızdan xəbərləri izlə