• RUB: 0.0260
  • TRY: 0.2990
  • EUR: 1.9649
  • USD: 1.7000
  • Bakı + 15.4 ° C / 96%

Ən son xəbərlər

Son buraxılış
Arxiv

I Beynəlxalq Ənənəvi Türk Məzar Daşları simpoziumunun açılışı olub

I Beynəlxalq Ənənəvi Türk Məzar Daşları simpoziumunun açılışı olub

Sentyabrın 19-da AMEA Milli Azərbaycan Tarixi Muzeyində I Beynəlxalq Ənənəvi Türk Məzar Daşları simpoziumunun açılış mərasimi keçirilib. Simpoziumun təşkilatçıları Türkiyənin Ərciyəs Universiteti, Türk Tarix Qurumu, Xəzər Universiteti və Milli Azərbaycan Tarixi Muzeyidir.

www.science.gov.az saytı yazır ki, tədbirin əvvəlində Azərbaycan və Türkiyə respublikalarının Dövlət himnləri səsləndirilib. Xəzər Universitetinin təsisçi rektoru, professor Hamlet İsaxanlı simpoziumun fikir və təcrübə mübadiləsi, əməkdaşlıq əlaqələrinin genişləndirilməsi baxımından böyük əhəmiyyət kəsb etdiyini vurğulayıb.

Sonra Milli Azərbaycan Tarixi Muzeyinin direktoru, akademik Nailə Vəlixanlı çıxış edərək Ermənistanda və işğal olunmuş torpaqlarımızda məhv edilən tarixi abidələrimizin, o cümlədən məzar daşlarının tədqiqinin zəruriliyini qeyd edib. O, ermənidilli alban abidələrinin də Azərbaycanın tarixi irsi olduğunu və araşdırılmasının vacibliyini vurğulayıb.

Tədbirdə muzeyin elmi işlər üzrə direktor müavini, t.ü.e.d. Nərgiz Əliyeva, Ekspozisiyanın təhlükəsizliyi üzrə direktor müavini, t.ü.f.d. Həbibə Əliyeva və Ərciyəs Universitetinin Ədəbiyyat fakültəsi Sənət tarixi kafedrasının əməkdaşı, Dr. Cəlil Arslan çıxış edərək ortaq türk tarixinin araşdırılmasında bu kimi beynəlxalq tədbirlərin elmi əhəmiyyətini və gələcəkdə təşkil edilməsinin önəmini qeyd ediblər.

Daha sonra simpozium iştirakçıları muzeyin zallarını, Qafqaz İslam Ordusu və Bakının azad olunmasının 100 illiyinə həsr olunmuş “Millət sizə minnətdardır!” sərgisini ziyarət ediblər.

Simpozium öz işini Xəzər Universitetində bölmə iclasları ilə davam etdirib.

Beynəlxalq tədbirə sentyabrın 21-də yekun vurulacaq.

 

Əlipənah BAYRAMOV,
“Xalq qəzeti”

20 2018 10:38 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Ən son xəbərləri səhifəmizdən də izləyin