Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Braziliyada Azərbaycan xalçalarının foto-sərgisi

Braziliyanın San Paulo şəhərinin Santo Amaro Mədəniyyət Mərkəzində Azərbaycan xalçalarının foto sərgisi təşkil olunub.

2020-ci il  yanvarın 12-dək Azərbaycan Respublikasının Braziliyadakı səfirliyi, Azərbaycan Respublikasının Mədəniyyət nazirliyi və San Paulo meriyasının dəstəyi ilə keçirilən sərgidə Azərbaycan xalçaçılıq sənətinin nümunələrinin, ölkəmizin xalçaçılıq məktəbinə məxsus müxtəlif incəsənət nümünələrinə aid xalçaların fotoları sərgilənəcək.

İlk dəfə təşkil edilən sərginin açılşında, San Paulo şəhərində akkreditə olunmuş diplomatik nümayəndəliklərin işçiləri, yerli universitetlərin incəsənət sahəsində mütəxəssisləri, şəhər meriyasının işçiləri və şəhər sakinləri iştirak etmişlər.

Sərginin açılışında səfir Elxan Poluxov, San Paulo şəhər meriyasının beynəlxalq əlaqələr departamentinin rəhbəri Luiz Alvaro Salles Aguiar de Menezes və Santo Amaro Mədəniyyət Mərkəzinin direktoru Antonia Andrea Sousa çıxış etmişlər.

Çıxışlar zamanı sərginin məhs əhalinin sıx yaşadığı yerdə, ödənişsiz olduğu və bununla da daha geniş kütləyə açıqlığı qeyd olunub. Sərgiyə artıq yerli məktəblərdən turların planlaşdırıldığını meriya işçiləri elan ediblər. Açılış zamanı yerli musiqiçi tərəfindən Azərbaycan musiqi incilərinin parçaları səsləndirilib.

Mədəniyyət mərkəzinin kitabxanasına səfirlik tərəfindən kitablar və digər hədiyyələr  verilib.

Hazırladı:
M.MÜKƏRRƏMOĞLU,
"Xalq qəzeti”

7 Dekabr 2019 14:29 -
18 Sentyabr 2020 | 10:23
DTX əməliyyat keçirib

Köhnə versiyamızdan xəbərləri izlə