Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

İlahiyyat İnstitutunun tələbələri ağacəkmə aksiyasında iştirak ediblər

İlahiyyat İnstitutunun tələbələri ağacəkmə aksiyasında iştirak ediblər

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə mütəfəkkir şair İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə respublikamızda  650 min ağacəkmə kampaniyası keçirilib.  Ağacəkmə aksiyasında ictimai xadimlər, diplomatik korpusun və beynəlxalq təşkilatların təmsilçiləri, dövlət və özəl qurumların əməkdaşları, o cümlədən Azərbaycan İlahiyyat İnstitutunun tələbələri iştirak ediblər.

Prezident İlham Əliyevin Sərəncamı ilə mütəfəkkir şair İmadəddin Nəsiminin 650 illik yubileyi ilə əlaqədar 2019-cu ilin “Nəsimi İli” elan edilməsi, Birinci vitse-prezident Mehriban Əliyevanın bir gündə 650 min ağac əkilməsi ilə bağlı təşəbbüsü böyük sənətkarın adının əbədiləşdirilməsi, beynəlxalq aləmdə təbliği, Azərbaycanın ədəbi və mədəni irsinin tanıdılması baxımından xüsusi əhəmiyyət daşıyır.

Məlumat üçün bildirək ki, Azərbaycan İlahiyyat İnstitutu tələbələrdə Vətənə məhəbbət, onu qorumaq və mühafizə etmək, əlillərə, əhalinin aztəminatlı təbəqəsinə, qocalara, qaçqın və məcburi köçkünlərə mənəvi dəstək olmaq; mədəni- tarixi sərvətləri qorumaq; gəncləri daha ətraflı məlumatlandırmaqla cəmiyyətdə sosial və ekoloji məsuliyyət anlayışını gücləndirmək; multikulturalizm və tolerantlığın təbliği məqsədilə müxtəlif layihələr həyata keçirir.

 

Əfsanə BAYRAMQIZI,
“Xalq qəzeti”

 

7 Dekabr 2019 14:23 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə