Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Ağstafa Regional Mədəniyyət İdarəsinin əməkdaşları genişmiqyaslı ağacəkmə kampaniyasına qoşulublar

Ağstafa Regional Mədəniyyət İdarəsinin əməkdaşları genişmiqyaslı ağacəkmə kampaniyasına qoşulublar

Böyük şair və mütəfəkkir İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın bir gündə 650 min ağac əkək təşəbbüsünü rəğbətlə qarşılayan Ağstafa Regional Mədəniyyət İdarəsinin əməkdaşları dekabrın 6-da keçirilmiş ağacəkmə kampaniyasında fəallıqla iştirak ediblər.  Bu barədə Ağstafa Regional Mədəniyyət İdarəsinin mətbuat katibliyindən bildirilib.

Ağstafa Regional Mədəniyyət İdarəsinin Ağstafa, Tovuz və Qazax rayonlarının mədəniyyət müəssisələrinin əməkdaşları səhər saatlarında qabaqcadan təyin olunan ərazilərdə ərazinin relyefinə uyğun olaraq, müxtəlif növ ağaclar əkiblər, onarı suvarıblar.

 

Əfsanə BAYRAMQIZI,
“Xalq qəzeti”

7 Dekabr 2019 14:08 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə