Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Dekabrın 17-dən 24-dək Azərbaycanda ilk dəfə olaraq Azərbaycan Televiziyasının Mədəniyyət kanalının yeni layihəsi - klassik vokalçıların ümumrespublika festivalı keçiriləcək.

Mədəniyyət Nazirliyinin dəstəyi ilə keçirilən festivalın əsas məqsədi Azərbaycan klassik vokal musiqisinin inkişafı və təbliği, gənc nəsildə yüksək musiqi zövqünün formalaşdırılmasıdır.

Festival çərçivəsində Azərbaycan və dünya klassik musiqi incilərinin nümunələri ölkəmizin öncül musiqi kollektivlərinin müşayiəti ilə müxtəlif şəhər və regionların mədəniyyət ocaqlarında tanınmış Azərbaycan vokalçıları, eləcə də istedadlı gənclərin ifasında təqdim olunacaq.

Festivalın təntənəli bağlanış mərasimi 24 dekabr 2019-cu il tarixində Heydər Əliyev Mərkəzində keçiriləcək.

 

M.MÜKƏRRƏMOĞLU,
“Xalq qəzeti”

7 Dekabr 2019 12:58 - MƏDƏNİYYƏT
MƏDƏNİYYƏT
17 Mart 2020 | 11:58
Vaqif Mustafazadə – 80

Köhnə versiyamızdan xəbərləri izlə