Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Kolumbiyanın ölkəmizdəki səfiri Azərbaycan Turizm və Menecment Universitetində

Kolumbiyanın ölkəmizdəki səfiri Azərbaycan Turizm və Menecment Universitetində

Azərbaycan Turizm və Menecment Universitetinin rektoru İlham Mədətov  2019-cu  il dekabrın 5-də Kolumbiya Respublikasının ölkəmizdə fəaliyyət göstərən səfiri, cənab Luis Antonio Dimate Cardenas ilə  görüşüb.

İki ölkə arasında mövcud olan əlaqələrin gündən-günə daha da inkişaf etməsindən məmnunluğunu bildirən rektor İlham Mədətov böyük elçiyə Azərbaycan Turizm və Menecment Universitetinin yaranma tarixi, missiyası, inkişaf istiqamətləri, xarici və müvafiq təşkilatlarla qarşılıqlı münasibətlərin faydalılığı barədə ətraflı məlumat verib.

Qeyd edək ki, görüş əsnasında həm Azərbaycan, həm də Kolumbiya Respublikalarında turizmin müasir vəziyyəti, inkişaf istiqamətləri, problemləri, ikitərəfli əməkdaşlıq perspektivləri,o cümlədən bir sıra diqqətçəkən məsələlər  gündəmin əsas müzakirə predmeti olub.

 

Z.BƏŞİRQIZI,
“Xalq qəzeti”

7 Dekabr 2019 12:16 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə