Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Masallıda əlilliyi olan qadınlar üçün təlim keçirilir

Masallı rayonunda əlilliyi olan qadınlar üçün “Sahibkarlıq və biznes bacarıqlarının inkişafı” mövzusunda təlimə başlanıb.

Təlim Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, BMT İnkişaf Proqramı və BMT-nin Əhali Fondunun müştərək layihəsi olan ‘Əlilliyi olan qadınların və Dağlıq Qarabağ müharibəsi veteranlarının hüquqlarının və rifahının təmin edilməsi’ layihəsi çərçivəsində təşkil edilib.  

22 nəfər əlilliyi olan qadının  cəlb edildiyi təlimin ilk günündə biznes ideya ve ideyanın təhlili, sahibkarlıq fəaliyyəti haqda ümumi anlayış, biznes plan və marketinq, marketinq araşdırması, məhsul, qiymət, məkan, təbliğat və s. barədə ətraflı məlumatlar verilib.

 

Z.BƏŞİRQIZI,
“Xalq qəzeti”

7 Dekabr 2019 12:06 - SOSİAL HƏYAT
SOSİAL HƏYAT

Köhnə versiyamızdan xəbərləri izlə