Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Mədəniyyətimizin əsl hamisi

Ulu öndər Heydər Əliyevin milli mədəniyyətimizə göstərdiyi qayğı və diqqət bu gün Prezidentimiz İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən uğurla davam etdirilir. Milli-mənəvi dəyərlərimizin tərkib hissəsi olan musiqimizə də bu qayğıdan pay düşüb. Bu gün muğam sənətimizin dünyada tanınması, bu sənətin UNESKO-nun Bəşəriyyətin Qorunan Mənəvi İrsi siyahısına salınması Mehriban xanımın təşəbbüsü ilə reallaşmışdır. İndi muğam sənətimiz dünyada davamlı olaraq təbliğ edilir.

Azərbaycanda bu sənəti yaşadanlardan biri də Xalq artisti Əlibaba Məmmədovdur. Prezident İlham Əliyevin sərəncamı ilə gələn il 90 illik yubileyi qeyd olunacaq görkəmli müğənni Əlibaba Məmmədovla Birinci vitse–prezident Mehriban xanım Əliyevanın görüşü, bütövlükdə, milli musiqi sənətimizə, onun görkəmli nümayəndələrinə dövlət qayğısının əsl nümunəsi idi. 
 Mən bu görüşü televiziya ilə diqqətlə izlədim. Mehriban xanım Əlibaba müəllimin sənətinə yüksək qiymət verdi, onun yaradıcılığının Azərbaycan xanəndəlik məktəbinin inkişafındakı rolunu yüksək dəyərləndirdi. Görüş zamanı ­Mehriban xanım Əlibaba müəllim haqqında çox səmimi fikirlər söylədi: “Siz Azərbaycanın görkəmli xanəndələrindən birisiniz. Sizin özünüzə məxsus dəstxətiniz var, çox gözəl səsə malik olan ustadsınız və bütün Azərbaycan xalqının sevimlisisiniz. Sizi hamı sevir. Onu da qeyd etmək istəyirəm ki, siz Azərbaycanın milli-mənəvi ənənələrinin daşıyıcısısınız. Ona görə də böyük hörmətə malik olan bir insansınız. Mən sizinlə ünsiyyətdə olanda özüm üçün hər dəfə nəsə yeni bir şey aşkar etmişəm, öyrənmişəm. Siz böyük müəllimsiniz, siz 50 ildən çoxdur ki, musiqi kollecində dərs deyirsiniz və yeni gənc xanəndələr nəslinin yetişməsində sizin misilsiz xidmətləriniz olub. Ona görə, Əlibaba müəllim, bir daha çox sağ olun, sizi görməyə çox şadam və ən əsası, sizə möhkəm cansağlığı arzulamaq istəyirəm”. 
Mehriban xanım daim milli musiqimizə can yandırır. Sənət adamlarına və əsasən də yaşlı sənətkarlarımıza yüksək diqqət və qayğı göstərir. Bu isə çox gözəldir və bizə stimul verir. Biz hamımız Mehriban xanımı dəstəkləyirik.
Nəhayət, Əlibaba müəllim Mehriban xanımla görüşdə biz sənətçilərin ürəyincə olan sözlər dedi: “Siz çox işlər görmüsünüz, danışmaqla qurtarmır. Amma mən bu sözü deyirəm ki, Siz xalqın sevimlisisiniz, bu, böyük şərəfdir”.

 

Xuraman QASIMOVA, 
Xalq artisti

6 Dekabr 2019 23:29 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə