Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Dövlət başçısı çətinliyə düşən insanların yanında olduğunu bir daha göstərdi

Prezident İlham Əliyevin Şamaxıya növbəti səfəri çərçivəsində vətəndaşlarla görüşlər keçirməsi,  açılışlarda iştirak etməsi,  nəinki Şamaxı əhalisi, o cümlədən ictimaiyyət tərəfindən müsbət qarşılanıb. Dövlət başçımız hər zaman vətəndaşının yanında olduğunu bir daha göstərdi. Şamaxı rayonu Şəhriyar qəsəbə bələdiyyəsinin sədri Musa Musayev bununla bağlı deyib:

– Prezident İlham Əliyevin ilin əvvəlində Şamaxı, İsmayıllı, Ağsu bölgəsində zəlzələdən zərər çəkmiş insanlarla görüşməsi, həmin regionlara səfər etməsi, problemlərin qısa müddətdə həll edilməsi üçün müvafiq tapşırıqlar verməsi xalqa göstərilən qayğının canlı nümunəsi idi. 
Cənab Prezidentin zəlzələdən dərhal sonra bölgəyə səfər etməsi, sakinlərlə görüşməsi, o cümlədən dağılan evlərin yerinə yenilərinin tikilməsi və bu evlərin açılışında da iştirak etməsi Şamaxı sakinləri tərəfindən çox böyük razılıqla qarşılanıb.
Şamaxılılar Prezident İlham Əliyevin vətəndaş rifahı istiqamətində atdığı nəcib addımları, verdiyi tapşırıqları alqışlayır, dövlət başçısı olaraq onun siyasətinə böyük hörmətlə yanaşırlar.
Bu dəfə də cənab Prezident Şamaxıda çox ciddi mesajlar verdi. Dövlət başçısı dedi ki, Azərbaycan dövləti öz xalqını müdafiə edir. Əlbəttə, Prezidenti də xalq qoruyur.
Şamaxı səfəri bir daha sübut etdi ki, Prezident İlham Əliyevin siyasətinin mərkəzində Azərbaycan xalqı dayanır və xalq da bunu yüksək qiymətləndirir.
Bələdiyyə sədri sonda vurğulayıb ki, dövlət başçısının Şamaxı kimi qədim tarixi olan bir şəhərimizi, böyük filosofların, şairlərin, mədəniyyət xadimlərinin yurdunu həmişə diqqət mərkəzində saxlaması onun keçmişimizə, maddi-mədəni irsimizə, soy-kökümüzə verdiyi ciddi önəmdən irəli gəlir. 

 

Anar TURAN, “Xalq qəzeti”

6 Dekabr 2019 23:28 - XƏBƏRLƏR
XƏBƏRLƏR
3 Avqust 2020 | 23:13
İrandan Türkiyəyə təbrik

Köhnə versiyamızdan xəbərləri izlə