Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

İslahatlar xalqın dəstəyini qazanıb

Azərbaycanda struktur islahatları uğurla davam etdirilir. Artıq növbədənkənar parlament seçkilərinin keçirilməsi istiqamətində də işlər aparılır. Şübhəsiz ki, Prezident İlham Əliyevin birbaşa təşəbbüsü ilə həyata keçirilən çoxşaxəli islahatlar Milli Məclisin işində də dönüş yaradılmasına səbəb olcaq. Bu inam da səbəbsiz deyil. Çünki Prezident İlham Əliyev başladığı islahatları bütün istiqamətlərdə uğurla və ardıcıllıqla başa çatdırır və qəbul edilən qərarlar ölkə ictimaiyyəti tərəfindən böyük razılıq hissi ilə qarşılanır. 

Məlum olduğu kimi, noyabrın 28-də hakim Yeni Azərbaycan Partiyası Siyasi Şurasının iclasında partiyanı təmsil edən deputatlar Milli Məclisin buraxılması təşəbbüsü ilə çıxış ediblər. Təşəbbüs parlament tərəfindən də dəstəklənib. Milli Məclisin dekabrın 2-də keçirilmiş iclasında parlamentin buraxılması və növbədənkənar seçkilərin təyin edilməsi haqqında Azərbaycan Prezidentinə müraciət edilməsi ilə bağlı qərar qəbul olunub. Həmin gün Azərbaycan Prezidenti İlham Əliyev “Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərin təyin edilməsi haqqında” Milli Məclisin müraciətində göstərilən parlamentin buraxılması məsələsinin Konstitusiyaya uyğunluğu ilə bağlı Konstitusiya Məhkəməsinə sorğu göndərib. Dekabrın 4-də Konstitusiya Məhkəməsi Plenumunun iclasında Milli Məclisin buraxılmasının Konstitusiyaya uyğun olması barədə qərar çıxarılıb.
Ertəsi günü Prezident İlham Əliyev “Azərbaycan Respublikası Milli Məclisinin beşinci çağırışının buraxılması və Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərin təyin edilməsi haqqında” sərəncam imzalayıb. Sərəncama əsasən, Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilər 2020-ci il fevralın 9-na təyin edilib. Bu gün Mərkəzi Seçki Komissiyasının bu məsələ ilə bağlı iclasının keçiriləcəyi və Milli Məclisə növbədənkənar seçkilərlə əlaqədar qərar veriləcəyi gözlənilir.
Bütövlükdə, Prezidentin islahatlar planı mərhələli şəkildə və ardıcıllıqla həyata keçirilməkdədir. Bu addımlar hakimiyyətin gəncləşməsi, ən müasir beynəlxalq standartlara uyğun təhsil almış gənc insanların dövlət vəzifələrinə irəli çəkilməsi ilə müşayiət olunur. Bu isə Azərbaycanın dünyaya daha müasir nəzərlərlə baxması deməkdir. Ən vacibi isə odur ki, bütün bu islahatlar milli maraqların təminatına, ölkədə yeni həyat və idarəçilik şərtlərinin formalaşmasına, korrupsiya və rüşvətxorluğun ləğvinə istiqamətlənib. İnanırıq ki, cənab Prezidentin təşəbbüsü ilə başlanmış və xalqın dəstəyini qazanmış islahatlar uğurla başa çatacaq. 

 

Naməd PAŞAYEV, 
ADNSU geoloji kəşfiyyat fakültəsinin dekanı

 

6 Dekabr 2019 23:14 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə