Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycan Respublikası Dövlət Mülki Aviasiya Administrasiyasının Tabeliyində “Mülki Aviasiyada Uçuşların Təhlükəsizliyi üzrə Dövlət Müfəttişliyi” Publik Hüquqi Şəxs dövlət büdcəsindən kənar təchizat xidmətinın satın alınması ilə əlaqədar Açıq Tender Elan Edir

Azərbaycan Respublikası Dövlət Mülki Aviasiya Administrasiyasının Tabeliyində “Mülki Aviasiyada Uçuşların Təhlükəsizliyi üzrə  Dövlət Müfəttişliyi” Publik Hüquqi Şəxs  dövlət büdcəsindən kənar təchizat xidmətinın satın alınması ilə əlaqədar  Açıq Tender Elan Edir
Tender iştirakçılarına təklif edilir ki, Dövlət satınalmalarının https://www.etender.gov.az/ vahid internet Portalına elektron imzaları vasitəsilə daxil olsunlar və tender haqqında ətraflı məlumatı (əsas şərtlər toplusunu) əldə etsinlər. 
Müqavilənin şərtlərini yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki imkanlara malik olmalıdırlar.
Tenderdə iştirak etmək istəyənlər aşağıdakı məbləğdə iştirak haqqını göstərilən hesaba köçürdükdən sonra müsabiqə üçün təkliflərini Portal vasitəsilə təqdim edə bilərlər.
İştirak haqqı 150 manatdır.
Hh- AZ16AZRT38050019440033581003
VÖEN- 1201884591
Bank- “Azər-Türk Bank” ASC-nin Bakı filialı
Kod- 504476
VÖEN- 9900006111
M/h- AZ02NABZ01350100000000022944
S.W.İ.F.T- BIK AZRTAZ22
İştirak haqqı heç bir halda geri qaytarılmır.
İddiaçılar tenderdə iştirak üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:
-tenderdə iştirak haqqının ödənilməsini təsdiq edən bank sənədi;
-tender təklifi zərflərin açıldığı tarixdən sonra ən azı 30 (otuz) bank günü qüvvədə olmalıdır;
-tender təklifi dəyərinin 1 faizi həcmində bank təminatı zərflərin açıldığı tarixdən sonra ən azı 60 (altmış) bank günü qüvvədə olmalıdır ;
-təminatın qüvvədə olma müddəti tender təklifinin qüvvədə olma müddətindən ən azı 30 (otuz) bank günündən çox olmalıdır;
-Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə aid icra vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqanından arayış; 
-iddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;
-malgöndərənin (podratçının) son bir ildəki (əgər daha az müddət fəaliyyət göstərirsə, bütün fəaliyyəti dövründəki) maliyyə vəziyyəti barədə bank tərəfindən verilmiş arayış;
-iddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri.
Sənədlər Azərbaycan dilində tərtib olunmalıdır (xarici dildəki tender təklifləri Azərbaycan dilinə tərcümə edilməlidir). İddiaçılar tenderlə bağlı sualları internet Portalı vasitəsilə satınalan təşkilata ünvanlaya bilərlər.Tender proseduru “Dövlət satınalmaları haqqında” qanuna uyğun keçiriləcəkdir.
İddiaçılar tenderdə iştirak üçün ixtisas göstəricilərinə aid sənədləri 27 dekabr 2019-cu il saat 16.00-a və tender təklifi ilə bank təminatı sənədlərini isə 10 yanvar 2020-ci il saat 16.00-a qədər portal vasitəsilə təqdim etməlidirlər. İddiaçıların təklifləri 10 yanvar 2020-ci il saat 16.01-də açılacaqdır. İddiaçılar açılışın nəticələrilə Portal vasitəsilə tanış ola bilərlər.
Tenderdə iştirak, tenderin qiymətləndirilməsi və bütün prosedurlar yalnız elektron qaydada dövlət satınalmalarının vahid internet Portalı vasitəsilə aparılır. Həmçinin elanla bağlı ətraflı məlumatı Dövlət satınalmalarının vahid internet Portalında tapmaq olar.
7 Dekabr 2019 03:07 - REKLAM VƏ ELAN
REKLAM VƏ ELAN
26 Fevral 2020 | 02:29
MƏTANƏT A

Köhnə versiyamızdan xəbərləri izlə