Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

AFFA-da Şenol Günəşlə görüş

AFFA-da Şenol Günəşlə görüş

Xəbər verdiyimiz kimi, futbol üzrə Türkiyə milli komandasının baş məqşçisi Şenol Günəş və komandanın meneceri Hüseyn Coşkun bu gün Bakıya işgüzar səfərə gəlib. Sport24.az xəbər verir ki, səfər çərçivəsində türkiyəli qonaqlar Bakı şəhərindəki stadionlara və otellərə baxış keçiriblər.

Bu gün həmçinin AFFA-nın inzibati binasında baş katib Elxan Məmmədovla Türkiyə milli komandasının baş məşqçisi Şenol Günəş arasında görüş baş tutub.

Görüş zamanı Türkiyə milli komandasının AÇ-2020-nin final mərhələsinin A qrupunda 2 oyununu Bakı Olimpiya Stadionunda keçirəcəyi ilə bağlı məmnunluq hissləri ifadə edən fikirlər səsləndirilib. Qeyd olunub ki, oyunların məhz Bakıda keçirilməsi türkiyəli azarkeşlərin doğma komandalarını dəstəkləməsi üçün məsafə və atmosfer baxımından daha rahat olacaq. Eyni zamanda, ölkəmizdə olan çoxsaylı Türkiyə futbolu azarkeşlərinin sevimli komandalarına doğma meydan əhval-ruhiyyəsi yarada biləcəyi vurğulanıb. 

Elxan Məmmədov Türkiyə milli komandasına Avropa çempionatında uğurlar arzulayıb, Şenol Günəş isə öz növbəsində səmimi qəbula görə təşəkkürünü bildirib.

Xatırladaq ki, AÇ-2020-nin final mərhələsinin A qrupunda Türkiyə millisi  iyunun 17-də Uels, 4 gün sonra isə İsveçrə millisi ilə Bakı Olimpiya Stadionunda qarşılaşacaq.

Salman MUSAOĞLU,
“Xalq qəzeti”

6 Dekabr 2019 16:10 - İDMAN
İDMAN
26 Fevral 2020 | 22:04
Vilmar Valdes cəzalandırılıb
26 Fevral 2020 | 12:10
Salah 69-cu qolunu vurdu
25 Fevral 2020 | 20:19
Ersun Yanal istefa verib
25 Fevral 2020 | 14:06
Mbappe 85-ci qola imza atıb

Köhnə versiyamızdan xəbərləri izlə