Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Xalq artisti: Bir gündə 650 min ağacın əkilməsi təşəbbüsünü alqışlayıram

Xalq artisti Tünzalə Ağayeva bildirib ki, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın bir gündə 650 min ağacın əkilməsi təşəbbüsünü alqışlayıram.

Tünzalə Ağayeva bu təşəbbüs çərçivəsində insanların ağacəkmə aksiyasına cəlb olunmasını çox savab bir iş adlandırıb: “Həyatımda ilk dəfədir ki, ağac əkirəm. Bu təşəbbüslə çıxış edən Mehriban Əliyevaya və bunun gercəkləşməsinə yardım edən bütün insanlara minnətdaram. Böyük Nəsiminin 650 illik yubileyinə həsr olunan bu ağacəkmə aksiyası gələcəyə bir xatirədir. Böyüklər bizə çox böyük miras qoyub gediblər. Bizim də gələcək nəslə bir ağac qədər töhfəmiz ola bilirsə, Azərbaycan torpağına fayda verə biliriksə, bundan ancaq qürur duya bilərik".

“Xalq qəzeti”

6 Dekabr 2019 15:44 - CƏMİYYƏT
CƏMİYYƏT
15 Sentyabr 2020 | 00:02
Yeni dövrün yeni dərs ili

Köhnə versiyamızdan xəbərləri izlə