Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Paytaxt rayonlarında ağacəkmə aksiyaları keçirildi

Paytaxt rayonlarında ağacəkmə aksiyaları keçirildi

Dahi Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyi ilə əlaqədar Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın  bir gün ərzində 650 min ağacın əkilməsi bağlı təşəbbüsünə uygun olaraq Azərbaycanın hər yerində olduğu kimi paytaxtımız Bakı şəhərində də geniş miqyaslı ağacəkmə kampaniyaları təşkil olunmuşdur. Aksiyanın əsas məqsədi şairin  dünya əhəmiyyətli poeziyasının beynəlxalq aləmdə təbliği, xatirəsinin əbədiləşdirilməsi, Azərbaycanın ədəbi və mədəni irsinin tanıdılmasıdır.

Bakı Şəhər İcra Hakimiyyətinin mətbuat xidməti bildirir ki, Qaradağ rayonunda əsas magistral  yol boyunca olan ərazidə keçirilən aksiyada Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov, Bakı Şəkər və Qaradağ Rayon İcra Hakimiyyətilərinin  əməkdaşları, departament, idarə və təsərrüfat xidmətlərinin işçiləri, ümumulikdə 1000 nəfərə qədər insan  iştirak edərək 2000-dən çox  yeni ağac, əsas etibarı ilə Eldar şamı, kiparis, zeytun və iqlimə uyğun olan digər ağaclar əkmişlər. Tanınmış mədəniyyət xadimləri və özfəaliyyət kollektivlərinin nümayəndələri tədbiri rəngarəng etmişlər.

Bu mühüm aksiyaya hazırlıq dövründə ağacların əkini üçün nəzərdə tutulan ərazi daş və digər tullantılardan təmizlənmiş, əkiləcək ağacların və digər yaşıllıqların suvarılması üçün su xətləri çəkilib.

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın  təşəbbüsü ilə Nəsimi ilində 650 min ağacın əkilməsi ölkə başçısı İlham Əliyevin rəhbərliyi altında Azərbaycanda ətraf mühitin mühafizəsi və ekoloji durumun yaxşılaşdırılması istiqamətindəki dövlət siyasətinin prioritet istiqaməlrndən biri olaraq ölkəmizdə yaşıllıqların daha da artırılmasına, bütün bəşəriyyət üçün qlobal problem olan iqlim dəyişikliyinin təsirlərinin azaldılmasına, torpaqların şoranlaşmasının qarşısının alınmasına müsbət təsir göstərəcəkdir.  

Gün ərzində bu aksiya paytaxtın bütün rayonlarında davam etmişdir.

 

Səadət RZAYEVA,
“Xalq qəzeti”

6 Dekabr 2019 15:25 - CƏMİYYƏT
CƏMİYYƏT

Köhnə versiyamızdan xəbərləri izlə