Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Beşinci çağırış Azərbaycan Respublikası Milli Məclisinin buraxılması və Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərin təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Beşinci çağırış Azərbaycan Respublikası Milli Məclisinin buraxılması və Azərbaycan Respublikasının  Milli Məclisinə növbədənkənar  seçkilərin təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

“Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərin təyin edilməsi haqqında Azərbaycan Respublikasının Prezidentinə müraciət edilməsi barədə” Azərbaycan Respublikası Milli Məclisinin 2019-cu il 2 dekabr tarixli 1717 VQR nömrəli Qərarını və “Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərin təyin edilməsi haqqında Azərbaycan Respublikasının Prezidentinə müraciət edilməsi barədə” Azərbaycan Respublikası Milli Məclisinin 2019-cu il 2 dekabr tarixli 1717-VQR nömrəli Qərarının Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun 2019-cu il 4 dekabr tarixli Qərarını nəzərə alaraq, Azərbaycan Respublikası Konstitusiyasının 98.1-ci maddəsinin I hissəsini və 109-cu maddəsinin 1-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. Beşinci çağırış Azərbaycan Respublikasının Milli Məclisi buraxılsın.
2. Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilər 2020-ci il fevralın 9-na təyin edilsin.

 

İlham ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 5 dekabr 2019-cu il

6 Dekabr 2019 03:58 - SƏRƏNCAMLAR
SƏRƏNCAMLAR

Köhnə versiyamızdan xəbərləri izlə