Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Unudulmayanlar" layihəsində Qədir Rüstəmovun xatirəsi yad ediləcək

Unudulmayanlar

BMM-nin "Unudulmayanlar" layihəsi çərçivəsində Xalq artisti, xanəndə Qədir Rüstəmovun xatirəsi yad ediləcək.

BMM-dən bildiriblər ki, məlahətli səsi və özünəməxsus ifa tərzi ilə xalqın rəğbətini qazanan Qədir Rüstəmovun ifasında bir sıra muğam dəstgahları - "Rast", "Çahargah" lentə alınaraq radionun fondunda saxlanılır. Xanəndənin ifasında "Sona bülbüllər" mahnısı xüsusilə sevilir.

Qeyd edək ki, BMM-nin "Unudulmayanlar" layihəsinin məqsədi Azərbaycan milli musiqisinin yaradılması tarixində əvəzolunmaz rol oynamış görkəmli Azərbaycan mədəniyyət xadimlərinin - bəstəkarların, klassik və muğam ifaçılarının həyat və yaradıcılıqlarına dair axşamların təşkil olumasıdır.

 

M.MÜKƏRRƏMOĞLU,
“Xalq qəzeti”

6 Dekabr 2019 12:39 - MƏDƏNİYYƏT
MƏDƏNİYYƏT
21 Yanvar 2020 | 13:40
Polad Bülbüloğlu – 75
24 Dekabr 2019 | 14:46
Xalq Bankın mənəvi saxlancı

Köhnə versiyamızdan xəbərləri izlə