Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Nəsiminin Hələbdəki məzarı təmir olundu

Nəsiminin Hələbdəki məzarı təmir olundu

Prezident İlham Əliyevin sərəncamı ilə görkəmli şair və mütəfəkkir, Azərbaycan dili və ədəbiyyatının inkişafında müstəsna xidmətləri olmuş İmadəddin Nəsiminin şərəfinə 2019-cu il “Nəsimi ili” elan olunub.

Bu il dahi mütəfəkkirin 650 illik yubileyi qeyd olunur. Məlum olduğu kimi, Nəsiminin məzarı Suriyanın Hələb şəhərində yerləşir. Müharibə bölgəsi olan Hələb şəhərindəki məzarın taleyi Azərbaycanda da narahatlıq doğurur.

Bir neçə ay bundan qabaq Mədəniyyət naziri Əbülfəs Qarayev mətbuata müsahibəsində Nəsiminin məzarının bərpası ilə bağlı dövlət tərəfindən danışıqlar aparıldığını qeyd etmişdi: "Bu gün Suriyadakı vəziyyət buna böyük əngəldir. Hesab edirəm ki, "Nəsimi ili", “Nəsimi festivalı” bu məsələnin daha çevik həllinə dəstək olacaq. Vəziyyət imkan verən kimi Xarici İşlər Nazirliyi, Mədəniyyət Nazirliyi, digər qurumlar məzarın bərpası ilə bağlı işlər görəcək".

Artıq  məzarda  təmir işləri aparıldığı ilə bağlı məlumatlar var.

 

Hazırladı:
M.MÜKƏRRƏMOĞLU,
“Xalq qəzeti”

6 Dekabr 2019 12:32 - MƏDƏNİYYƏT
MƏDƏNİYYƏT
21 Yanvar 2020 | 13:40
Polad Bülbüloğlu – 75
24 Dekabr 2019 | 14:46
Xalq Bankın mənəvi saxlancı

Köhnə versiyamızdan xəbərləri izlə