Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Bəxtiyar Əliyev: Parlament seçkilərinin keçirilməsi ölkədə aparılan uğurlu siyasətə xalqın dəstəyinin bariz nümunəsi olacaq

Bəxtiyar Əliyev: Parlament seçkilərinin keçirilməsi ölkədə aparılan uğurlu siyasətə xalqın dəstəyinin bariz nümunəsi olacaq

Beşinci çağırış Milli Məclisin deputatı Bəxtiyar Əliyev bildirib ki, Azərbaycanda növbədənkənar parlament seçkiləri qanunverici orqanın fəaliyyətinin təkmilləşdirilməsinə mühüm töhfə verəcək.

Bəxtiyar Əliyev qeyd edib ki, Azərbaycan Prezidenti İlham Əliyevin həyata keçirdiyi uğurlu siyasətin alternativi yoxdur: “Azərbaycan xalqının xöşbəxtliyi, firavan gələcəyi, torpaqlarımızın düşmənlərdən azad edilməsi, ərazi bütövlüyü və suverenliyimizin təmin edilməsi yalnız və yalnız Prezident İlham Əliyevin islahatlar kursunun nəticəsində mümkündür. Ona görə yeniləşən və uğurla inkişaf edən Azərbaycanda parlament seçkilərinin keçirilməsi ölkədə aparılan uğurlu siyasətə xalq dəstəyinin bariz nümunəsi olacaq.

Ötən il cənab Prezident özü növbədənkənar seçkilərə gedərək həyata keçirilən islahatlara bir daha xalqın dəstəyini aldı. Xalq yekdilliklə Prezident İlham Əliyevə səs verdi və bu siyasəti dəstəklədiyini bir daha bəyan etdi. Mən tam əminəm ki, Azərbaycan xalqı yenə də bu uğurlu siyasətə səs verəcək”.

Müxalifətin növbədənkənar seçkilərlə bağlı səsləndirdiyi fikirlərlə bağlı deputat qeyd edib ki, radikal müxalifətin uydurma və qərəzli fikirləri xalqın iradəsini ifadə etmir: “Müxalifətin bu qolunun bacarıqsızlığını, səriştəsizliyini və Azərbaycan dövlətçiliyinə, milli maraqlara qarşı həyata keçirdiyi hərəkətləri xalq qətiyyətlə pisləyir. Mən tövsiyə edərdim ki, özlərini müxalifət lideri adlandranlar heç olmasa bir dəfə də olsa milləti, dövlətçiliyi və milli maraqları düşünsünlər və bu gün müharibə vəziyyətində olan Azərbaycan üçün, dövlətçiliyin möhkəmləndirilməsi üçün heç olmasa konstruktiv bir addım atsınlar.

Onların parlament seçkiləri haqqında səsləndirdikləri hər hansı bir bəyanatın heç bir hüquqi əsası yoxdur və ola da bilməz. Çünki Azərbaycan demokratik, hüquqi bir dövlətdir. Sadəcə olaraq heç bir sosial dayağı olmayan və xalqın dəstəyini ala bilməyən radikal müxalifət seçkilərdəki uğursuzluğunu əvvəlcədən bilərək bu cür sərsəm bəyanatlar səsləndirməklə öz bacarıqsızlıqlarını ört-basdır etməyə çalışırlar”.

 

“Xalq qəzeti”

6 Dekabr 2019 12:26 - CƏMİYYƏT
CƏMİYYƏT

Köhnə versiyamızdan xəbərləri izlə