Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Zəli ilə müalicə kimlərə lazımdır?

Hirudoterapiya (zəli ilə müalicə) qan və limfanın axmasına təsir edir, orqanizmdən ziyanlı maddələri çıxardır, ödemlərlə mübarizə edir.

Müalicə seansı zamanı zəli qana çoxlu miqdarda (100-ə yaxın!) xeyirli bioloji aktiv maddələri yeridir. Bu maddələrdən ən vacib olan "hirudindir". Məhz bu maddə damarları tromblardan azad edir, trombların əmələ gəlməsi ilə mübarizə aparır, damarları təmizləyir. Hirudoterapiya immun sisteminə də çox müsbət təsir edir.

Müalicə seansı zamanı həkim zəlini insanın bədənində olan bioloji aktiv sahələrdə yerləşdirir. Maraqlıdır ki, zəli özü bioloji aktiv nöqtələri taparaq məhz ora yapışır. Bu nöqtələrdən insanın müxtəlif orqan və sistemlərinə daha yaxşı təsir etmək mümkündür. Zəli bütün orqanizmə müsbət təsir edir, bir çox xəstəliklərin müalicəsində istifadə olunur. Bu xəstəliklər arasında: ginekoloji xəstəliklər, sonsuzluq, hipertoniya, ürəyin işemik xəstəliyi, varikoz xəstəliyi, onurğa sütunu və oynaqlar xəstəlikləri, sinir sistemi pozulmaları (depressiya, stress, qorxu, yuxusuzluq və s.), infarkt və insult kimi ağır pozulmaların profilaktikasında hirudoterapiya çox böyük rol oynayır.

Hirodoterapiya kosmetologiyada da geniş istifadə olunur - selülitlə mübarizə aparır, dərini cavanlaşdırır.

Lakin tibbi təhsili olmayan qadın və kişilərin zəliqoyma fəaliyyətinə aldanmaq olmaz. Bu işi mütəxəssis görməlidir.

 

Z.BƏŞİRQIZI,
“Xalq qəzeti”

6 Dekabr 2019 12:05 - SƏHİYYƏ
SƏHİYYƏ

Köhnə versiyamızdan xəbərləri izlə