Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Səhiyyə naziri Oqtay Şirəliyev Neftçalada vətəndaşları qəbul edəcək

Dekabrın 6-da Səhiyyə naziri Oqtay Şirəliyev Neftçala Mərkəzi Rayon Xəstəxanasında Neftçala rayon sakinlərini, nazir müavini Elsevər Ağayev Hacıqabul Mərkəzi Rayon Xəstəxanasında Hacıqabul və Şirvan sakinlərini, nazir müavini Rahim Əliyev Salyan Mərkəzi Rayon Xəstəxanasında Salyan rayon sakinlərini qəbul edəcək.

Nazir və nazir müavinləri müvafiq rayon sakinlərini qəbul edəcək və səhiyyə sahəsinə dair vətəndaşları maraqlandıran sualları cavablandıracaqlar.

Qəbulda habelə sakinlərin müraciətləri, şikayət, təklif və fikirləri nazir və müavinlər tərəfindən dinləniləcək və lazımi tədbirlər görüləcək.

Qəbula yazılmaq istəyən vətəndaşlar Neftçala, Hacıqabul və Salyan Rayon Mərkəzi Xəstəxanalarında qeydiyyatdan keçə bilərlər.

 

Z.BƏŞİRQIZI,
“Xalq qəzeti”

6 Dekabr 2019 12:04 - SƏHİYYƏ
SƏHİYYƏ

Köhnə versiyamızdan xəbərləri izlə