Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Dekabrın 6-da gözlənilən hava şəraiti

Dekabrın 6-da gözlənilən hava şəraiti

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə:

Bakıda və Abşeron yarımadasında

Dekabrın 6-da havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Cənub-qərb küləyi əsəcək.

Havanın temperaturu Abşeron yarımadasında  gecə 3-5, gündüz 9-11, Bakıda gecə 3-5, gündüz  9-11 dərəcə isti olacaq.

Atmosfer təzyiqi normadan yüksək 775 mm civə sütunu, nisbi rütubət gecə 80-90, gündüz 60-65 faiz  təşkil edəcək.

Azərbaycanın rayonlarında

Dekabrın 6-da havanın əsasən yağmursuz olacağı, lakin Lənkəran-Astara zonasında arabir yağış, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Ayrı-ayrı yerlərdə duman olacaq, qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 0-5, gündüz 7-12 dərəcə isti, dağlarda gecə 1-6 dərəcə şaxta, gündüz 3-8 dərəcə isti olacaq.

Tibbi-meteoroloji proqnoz

Dekabrın 6-da Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü meteohəssas insanlar üçün əsasən əlverişlidir.

5 Dekabr 2019 17:18 - EKOLOGİYA
EKOLOGİYA
25 Fevral 2020 | 16:56
Faktiki hava
24 Fevral 2020 | 16:19
Xəbərdarlıq

Köhnə versiyamızdan xəbərləri izlə