Ən son xəbərlər
"Barselona" futbolçu Ansu Fati ilə yeni müqavilə imzalayıb.
Məlumata əsasən “Barselona” 17 yaşlı yarımmüdafiəçi ilə müqavilənin müddətini 2022-ci ilin iyununa kimi uzadıb. Müqavilənin şərtlərinə görə Kataloniya təmsilçisi ispan oyunçu ilə bu müddəti daha 2 il uzatmaq imkanına sahibdir. Həmçinin Fatinin qiyməti 170 milyon avro dəyərində təyin edilib.
Qeyd edək ki, Ansu Fati bu mövsüm "Barselona"nın heyyətində oynadığı 11 oyunda 2 qol vurub, 1 qolun ötürməsini verib. O, Kataloniya klubunda rəsmi matçda oynamış ikinci ən gənc oyunçudur.
Elşən AĞALAR,
“Xalq qəzeti”
Köhnə versiyamızdan xəbərləri izlə