Ən son xəbərlər
“Yuventus”un Almaniyalı ulduz futbolçusu Samir Xedira zədə səbəbilə 3 ay yaşıl meydanlardan kənarda qalacaq.
Klubdan verilən məlumata görə Xedira sol dizindən artroskopik əməliyyat olunub. Futbolçunun sağalması və yenidən meydanlara çıxması üçün 3 ay gözləmək lazım gələcək.
Qeyd edək ki, aprel ayında sağ dizindən bənzər əməliyyat keçirən və 3 aya yaxın oynamayan Xedira, bu mövsüm cəmi 13 oyunda ilk 11-likdə meydana çıxmış, buna rəğmən cəmi 3 oyunda 90 dəqiqə meydanda olmuşdur.
Elşən AĞALAR,
“Xalq qəzeti”
Köhnə versiyamızdan xəbərləri izlə