Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

5 PKK-lı terrorçu təslim olub

5 PKK-lı terrorçu təslim olub

Türkiyə Silahlı Qüvvələrinin əməliyyatları nəticəsində PPK-lı terrorçular könüllü şəkildə təslim olmağa davam edirlər.

Son olaraq 5 PKK-lı terorçu İraqın şimalındakı terror düşərgəsindən qaçaraq Silopidəki Türk təhlükəsizlik qüvvələrinə təslim olub.

Qeyd edək ki, 9 oktyabr tarixindən Türkiyənin PKK/YPG və İŞİD terror təşkilatlarına qarşı başlatdığı “Sülh Çeşməsi Əməliyyatı” (“Barış Pınarı Harekatı”) nəticəsində yüzlərlə terrorçu məhv edilmişdir. Hazırda Türk Silahlı Qüvvələri Suriya və İraqın şimalında terrorçulara qarşı mübarizəni davam etdirirlər.

 

Elşən AĞALAR,
“Xalq qəzeti”

5 Dekabr 2019 14:26 -

Köhnə versiyamızdan xəbərləri izlə