Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Şenol Günəş: “Bakıda Azərbaycanı və Türkiyəni təmsil edəcəyik”

Türkiyə millisinin baş məşqçisi Şenol Günəş AÇ-2020 ilə bağlı açıqlama verib. Sport24.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, turnirlə bağlı keçirilən mətbuat konfransında danışan mütəxəssis, bunları deyib:

“Qarşılaşacağımız komandaları təhlil etmək şansımız olub. Qrupda uğurlu çıxış edəcəyimizi düşünürəm. Bakıya və Romaya gedib, təlim-məşq toplanışları üçün məkanlar seçməliyik. Qrupda iki həlledici oyunumuz olacaq. İtaliya ilə oyunlarda isə məğlub da ola bilərik.

Oyunların Bakıda keçirilməsinə gəlincə, biz bu ölkəylə iç-içəyik. Bakıda Azərbaycanı və Türkiyəni təmsil edəcəyik”.

Türkiyə millisi A qrupunda İtaliya, İsveçrə və Uelslə birlikdə mübarizə aparacaq. Millinin İsveçrə və Uelslə oyunları Bakı Olimpiya Stadionunda keçiriləcək.

 

Salman MUSAOĞLU,
“Xalq qəzeti”

5 Dekabr 2019 13:04 - İDMAN
İDMAN
27 Yanvar 2021 | 02:43
Yeni baş məşqçi
25 Yanvar 2021 | 23:58
Noyerdən yeni rekord

Köhnə versiyamızdan xəbərləri izlə