Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Radikal müxalifət növbədənkənar parlament seçkiləri ilə bağlı absurd fikirlər səsləndirməklə diqqəti cəlb etməyə çalışır

Radikal müxalifət növbədənkənar parlament seçkiləri ilə bağlı absurd fikirlər səsləndirməklə diqqəti cəlb etməyə çalışır

V çağırış Milli Məclisin deputatı Cavid Osmanov bildirib ki, parlamentin buraxılması ilə bağlı təşəbbüs ölkədə aparılan islahatların davamıdır.

Cavid Osmanov qeyd edib ki, yaxın gələcəkdə ölkədə həyata keçirilən islahatlara uyğun aktiv parlament formalaşacaq. Növbədənkənar parlament seçkilərinin keçirilməsi Azərbaycan Respublikasının Konstitusiyasına tam uyğundur: “Ötən gün Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərin təyin edilməsi haqqında Azərbaycan Respublikasının Prezidentinə müraciət edilməsi barədə” Azərbaycan Respublikası Milli Məclisinin 2019-cu il 2 dekabr tarixli Qərarının Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair qərar verdi və növbədənkənar seçkilərin keçirilməsini Azərbaycan Konstitusiyasının 98.1-ci maddəsinə uyğun hesab etdi”.

Cavid Ocmanov növbədənkənar parlament seçkilərinin keçirilməsi ilə bağlı müxalifətin mövqeyinə də münasibət bildirib: "Azərbaycanda sağlam müxalifət yoxdur, ayrı-ayrı radikal dəstələr var. Onların işi şər-böhtan kampaniyası aparmaq, ölkəmizdə gedən islahatlara, yeniliklərə kölgə salmağa çalışmaqdan ibarətdir. AXCP sədri Əli Kərimli növbədənkənar parlament seçkilərinin qış aylarına təsadüf etməsindən narazılıq edir. Görün, necə gülməli və absurd fikir səsləndirir? Seçkilərin qışda, yayda, payızda, yazda olmasının nə fərqi var ki? Seçkilər bu mövsümlərdən birinə düşməlidir. Fəsillərin parlament seçkilərinin keçirilməsinə nə təsiri ola bilər ki?

Aydın görünür ki, bunların arqumentləri qalmayıb. İndi də çalışırlar ki, növbədənkənar parlament seçkiləri ilə bağlı absurd fikirlər səsləndirib diqqəti cəlb etsinlər. Əlbəttə ki, onlar tapşırığı xaricdəki ağalarından, Azərbaycanın inkişafını gözü götürmyən qüvvələrdən alırlar. Artıq Azərbaycan xalqı onların hansı məqsədlərə və kimlərə xidmət etdiyini yaxşı bilir. Onsuz da xalq radikal müxalifəti dəstəkləmir. Seçkilərin hansı fəsilə düşəcəyi müzakirə mövzusu deyil, bunu normal adam dilə gətirməz".

C.Osmanov əlavə edib ki, bu gün özünü müxalifət adlandıran radikal, antimilli ünsürlər xalqın mənafeyinə, dövlətin maraqlarına zidd mövqedən çıxış edirlər, xəyanətkar və satqın “fəaliyyət”lə məşğuldurlar: "Onlar 1990-ci illərin əvvəlində bir il hakimiyyətdə olublar, həmin bir il ərzində Azərbaycan məhv olmaq təhlükəsi ilə üz-üzə qaldı. Ona görə də xalq onları hakimiyyətdən qovdu. Belələrinin ölkəmizin inkişafı, islahatlar prosesinə kölgə salmaq cəhdləri əbəsdir. Bu gün Azərbaycan xalqı radikal müxalifəti qəbul etmir. Məhz bu səbəbdəndir ki, indi kiçik bir qrup halında qalıblar. Radikallar heç vaxt məqsədlərinə çata bilməyəcəklər”.

 

“Xalq qəzeti”

5 Dekabr 2019 13:03 - SİYASƏT
SİYASƏT

Köhnə versiyamızdan xəbərləri izlə