Ən son xəbərlər

Son buraxılış
Arxiv

Bir sıra ölkələrin parlament rəhbərləri Azərbaycana səfərə gəliblər

Bir sıra ölkələrin parlament rəhbərləri  Azərbaycana səfərə gəliblər

Sentyabrın 19-da bir sıra ölkələrin parlament rəhbərləri - Cibuti Respublikası Milli Assambleyasının sədri Mohamed Ali Humed, Səudiyyə Ərəbistanının Məşvərət Şurasının sədri Abdullah bin Məhəmməd bin İbrahim Al Əl-Şeyx, Oman Sultanlığı Dövlət Şurasının sədri Yahya bin Məhfuz Əl-Munziri, Qırğız Respublikası Joqorku Keneşinin sədri Dastanbek Cumabekov, Küveyt Dövləti Millət Məclisinin sədri Mərzuq Əli əl-Ğanim, Pakistan İslam Respublikası Senatının sədri Məhəmməd Sadiq Səncari, Bolqarıstan Xalq Məclisinin sədri xanım Tsveta Karayançeva və Bosniya və Herseqovina Nümayəndələr Palatasının sədri Mladen Boşiç Azərbaycana səfərə gəliblər.  
AZƏRTAC xəbər verir ki, səfərin məqsədi Azərbaycan parlamentinin 100 illiyi münasibətilə keçiriləcək təntənəli iclasda iştirak etməkdir.
Azərbaycanın və adları qeyd olunan ölkələrin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda parlament rəhbərlərini Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov, sədrin müavinləri Valeh Ələsgərov, Bahar Muradova və digər rəsmi şəxslər qarşılayıblar. 

19 2018 23:11 - XƏBƏRLƏR
XƏBƏRLƏR
11 Dekabr 2018 | 12:57
Vaqonlar dezinfeksiya olunur
11 Dekabr 2018 | 12:54
Mövsümün meyvəsi...

Ən son xəbərləri səhifəmizdən də izləyin