Ən son xəbərlər

Son buraxılış
Arxiv

Masallı Rayon İcra Hakimiyyəti Masallı şəhərində abadlıq - quruculuq işlərinin və küçələrin asfaltlaşdırılmasının satınalınması üçün AÇIQ TENDER ELAN EDİR

Masallı Rayon İcra Hakimiyyəti Masallı  şəhərində abadlıq - quruculuq  işlərinin və küçələrin  asfaltlaşdırılmasının satınalınması üçün AÇIQ  TENDER  ELAN  EDİR

Tender 2 ( iki ) Lot üzrə keçirilir. 
 Lot- 1. Masallı  şəhərində  abadlıq - quruculuq  işlərinin  satınalınması.
 Lot- 2. Küçələrin asfaltlaşdırılması  işlərinin  satınalınması.
 Tender   iştirakçılarına təklif  olunur ki, öz  tender  təkliflərini möhürlənmiş, imzalanmış,ikiqat zərfdə  yazılı  surətdə   təqdim  etsinlər. Müqaviləni  yerinə  yetirmək  üçün  tender  iştirakçıları  yüksək   kadr  potensialına, lazımi maliyyə və texniki imkanlara malik olmalıdırlar.
 Tenderdə  iştirak  etmək  istəyənlər  hər  bir  lot  üçün   100  manat  məbləğdə  iştirak haqqını  göstərilən   hesaba   köçürdükdən   sonra   Azərbaycan   dilində   tərtib   olunmuş   əsas   şərtlər toplusunu Masallı şəhəri, Qarabağ küçəsi 20 nömrəli  ünvandan ala bilərlər.
 Əlaqələndirici şəxs : Əbilov  Şahin  Höccət oğlu ( tel: 215-31-76 )
Təşkilat : Masallı Rayon İcra Hakimiyyəti
Masallı Rayon Yerli  Xəzinədarlıq  Orqanı
H\h: AZ44AIIB32051019446100201161
VÖEN: 6400037221
Bank: “Kapital  Bank”ın Masallı rayon filialı
Kod: 200617
VÖEN: 9900003611
M\h : AZ37NABZ01350100000000001944               
S.W.I.F.T. BIK AIIBAZ 2X
  İştirak haqqı heç bir halda geri qaytarılmır.
  İddiaçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:
- tenderdə iştirak etmək üçün yazılı müraciət ;
- tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi ;
- tender təklifi  (zərflərin açıldığı  tarixdən sonra  ən azı 30 bank  günü  qüvvədə  olmalıdır) ;
- tender  təklifləri  dəyərinin 1 faizi  həcmində bank  təminatı  ( zərflərin açıldığı tarixdən sonra ən azı 60 bank günü qüvvədə olmalıdır) ; 
- Azərbaycan  Respublikasında  vergilərə  və  digər icbari ödənişlərə dair yerinə yetirilməsi  vaxtı   keçmiş   öhdəliklərin  olmaması   haqqında  müvafiq   vergi orqanlarından arayış :
- iddiaçıların son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti ; 
- iddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı ;
- iddiaçının tam adı , hüquqi statusu , nizamnaməsi, qeydiyyatdan keçdiyi  ölkə  və rekvizitləri .   
  Sənədlər  Azərbaycan dilində , 2 nüsxədə (əsli və surəti) tərtib olunmalıdır (xarici dildəki  tender təklifləri Azərbaycan dilinə tərcümə edilməlidir).
Tender proseduru “Dövlət satınalmaları haqqında” Qanuna uyğun keçiriləcəkdir. 
İddiaçılar tenderdə iştirak etmək üçün yuxarıda göstərilən sənədləri   (tender təklifi  və bank zəmanəti istisna olmaqla) 2018-ci il  oktyabrın   19-u saat 17.00-a qədər, tender  təklifi  və bank  zəmanətini isə möhürlənmiş, ikiqat zərfdə  2018-ci  il oktyabrın   ­30-u  saat ­17.00-a qədər Masallı Rayon İcra Hakimiyyətinə təqdim etməlidirlər.
Göstərilən vaxtdan  gec təqdim olunan  zərflər açılmadan geri qaytarılacaqdır.
Təklif  zərfləri  31 oktyabr ­2018-ci  il  saat  11.00 - da Masallı  Rayon  İcra Hakimiyyətində açılacaqdır.
İddiaçıların nümayəndələri iştirak edə 
bilərlər.                                                                  

Tender komissiyası

 

19 2018 22:59 - REKLAM VƏ ELAN
REKLAM VƏ ELAN
13 Dekabr 2018 | 23:33
B İ L D İ R İ Ş
13 Dekabr 2018 | 23:32
B İ L D İ R İ Ş
13 Dekabr 2018 | 23:32
B İ L D İ R İ Ş
13 Dekabr 2018 | 23:32
B İ L D İ R İ Ş

Ən son xəbərləri səhifəmizdən də izləyin