Ən son xəbərlər

Son buraxılış
Arxiv

“Breksit” danışıqları üçün həlledici an yaxınlaşır

“Breksit” danışıqları üçün həlledici an yaxınlaşır

Böyük Britaniyanın Avropa İttifaqından (Aİ) çıxması ilə bağlı danışıqlar üçün həlledici an yaxınlaşır. “Euronews” agentliyinin yaydığı məlumata görə, bu bəyanatla Aİ-nin “Breksit” məsələləri üzrə xüsusi nümayəndəsi Mişel Barnye çıxış edib.
M.Barnyenin sözlərinə görə, oktyabrın 18-nə təyin olunmuş Brüssel sammiti danışıqlar baxımından həlledici olacaq. O, Aİ-nin İrlandiya sərhədi ilə bağlı təklifini təkmilləşdirməyə hazır olduğunu bildirib. Barnye qeyd edib ki, rəsmi Brüssel Şimali İrlandiya ilə İrlandiya Respublikası arasında yükdaşımaya texniki nəzarətlə bağlı bəzi güzəştlərə getməyə razıdır. Lakin bu, vahid Avropa bazarının prinsiplərini pozmamalı və Britaniya Aİ qaydalarından yayınmaq üçün bu sərhədin xüsusi statusundan istifadə etməməlidir.

Rövşən ATAKİŞİYEV, “Xalq qəzeti”

19 2018 21:38 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Ən son xəbərləri səhifəmizdən də izləyin