Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycan inamla müstəqil siyasət yürüdür

Politoloq Zaur Məmmədov "Ppezident. Müstəqillik. Təhlükəsizlik. Rifah" adlı videolayihə çərçivəsində ildirib ki, bu gün dünyada xeyli sayda ölkə var, lakin əməkdaşlığa, risklərin azalmasına və planetinimizin daha təhlükəsiz olmasına hesablanan görüşlərin keçirilməsi üçün həm NATO, həm də Rusiya tərəfindən məhz Azərbaycan seçilir. Dünyanın maraqla və həssaslıqla gözlədiyi belə görüşlərin Bakıda baş tutması həqiqətən də qürurvericidir.

Zaur Məmmədov qeyd edib ki, Cənubi Qafqazda heç kimdən asılı olmayan, müstəqil siyasət yeridən və heç kimin hərbi, siyasi və iqtisadi təzyiq və təsirlərinə baxmayaraq öz yoluna davam edən bir ölkə var, bu da Azərbaycandır:"Artıq bir neçə ildir Rusiya və NATO-nun yüksək çinli hərbçilərinin məhz Azərbaycanın paytaxtı Bakıda görüşlər keçirməsi onu göstərir ki, Azərbaycana və onun dövlət başçısına böyük inam və etibar var".

Xatırladaq ki, noyabrın 26-da Bakıda Rusiya Federasiyası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimov və NATO-nun Hərbi Komitəsinin sədri Ser Stüart Piiç arasında görüş keçirilib.

Görüş zamanı Avropa təhlükəsizliyi sahəsində vəziyyət, Rusiya-NATO təmas xəttində insidentlərin qarşısının alınması üzrə tədbirlər, o cümlədən hərbi ekspertlərin dialoqunun bərpa olunması məsələsi müzakirə olunub. Tərəflər həmçinin böhran regionlarında vəziyyəti müzakirə ediblər.

3 Dekabr 2019 15:10 - SİYASƏT
SİYASƏT

Köhnə versiyamızdan xəbərləri izlə