Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

TANAP layihəsinin başa çatması Azərbaycanın enerji siyasətinin növbəti uğurudur

“Bu il noyabrın son günündə təkçə Azərbaycan üçün deyil, həm də Avropa üçün olduqca böyük əhəmiyyət kəsb edən bir hadisə baş verdi. Dünyanın diqqətini yenidən Azərbaycana yönəldən “Cənub qaz dəhlizi” layihəsi çərçivəsində onun mühüm seqmenti olan Trans-Anadolu qaz boru kəməri ilə Azərbaycanın təbii qazı qardaş Türkiyənin 20 vilayətindən, 67 rayonundan və 600 kəndindən keçərək Avropanın qapısına gedib çatdı. Bu münasibətlə qardaş Türkiyənin Ədirnə vilayətinin İpsala qəsəbəsində TANAP qaz kəmərinin Avropa ilə birləşən hissəsinin açılış mərasimi keçirildi”.

Milli Məclisin deputatı Pəvvin Kərimzadə ölkə mediasına Azərbaycan--Türkiyə qardaşlığının və beynəlxalq arenada əməli işbirliyinin növbəti uğuru sayılıan TANAP layihəsinin başa çatması ilə bağlı mediaya açıqlamasının davamında bildirib:

- Türkiyə ərazisində 1850 kilometr məsafədə uzanan TANAP Azərbaycan ilə Türkiyə arasındakı strateji əməkdaşlığın növbəti uğuru olmaqla yanaşı, yeni layihələrə, əməkdaşlıqlara da imkan yaratdı, iki qardaş ölkənin sosial-iqtisadi həyatına yeni nəfəs gətirdi. Açılış mərasimində çıxış edən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev qeyd etdi ki, bu gün tarixi gündür. Bu gün 4 il əvvəl birlikdə təməlini qoyduğumuz TANAP Avropa sərhədinə çatdı. Dövlət başçımız əminliklə bildirdi  ki, TANAP-ın ömrü uzun olacaq, bu beynəlxalq qaz kəməri Türkiyə və Azərbaycan xalqlarına, digər qonşu xalqlara fayda və tərəqqi gətirəcək.

Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında fəal iştirakı, Avropa İttifaqının üzvü olan bəzi dövlətlərin neftlə təmin edilməsində payının 25--30 faizə çatması müasir Azərbayacan Respublikasının dünyada geosiyasi, geoiqtisadi mövqeyinin möhkəmlənməsinə xüsusi təsir göstərməkdədir. 

“Enerjinin İpək yolu” adlandırılan TANAP isə Azərbaycandan Avropaya uzanan 3 min 500 kilometrlik “Cənub qaz dəhlizi” enerji dəhlizi əfsanəsini bizim günlərdə həqiqətə çevirdi. 

Azərbaycanın 16 milyard kubmetr təbii qazının 6 milyardını Türkiyənin, 10 milyardını isə Avropanın istehlakçılarının istifadə etməsi imkanının uğurla gerçəkləşdirilməsi Azərbaycan - Türkiyə qardaşlığının əməli işbirliyinin, Avropanın enerji təhlükəsizliyinə növbəti töhfəsi oldu. Bu gün hər 10 türk ailəsinin 8-də mavi qazın alovlanmasına Azəırbaycanın verdiyi önəmli töhfə hər birimizdə haqlı sevinc və qurur hissləri doğurur.

Deputat açıqlamsının davamında qeyd edib ki, Türkiyə - Azərbaycan birgə siyasi iradəsinin məhsulu olan, geniş beynəlxalq əməkdaşlığı rellaşdıran bu layihənin başa çatması ölkəmizin daha da inkişaf etməsi üçün əlavə imkanlar yaradıb. “Cənub qaz dəhlizi” layihəsinin həyata keçirilməsi ölkəmizin qarşısına qoyduğu hədəflərə çatmasının, dünyada enerji ölkəsi kimi əhəmiyyətinin, Azərbaycanın beynəlxalq aləmdə durmadan artan nüfuzunun göstəricisidir.

Pərvin Kərimzadə sonda deyib:

- TANAP–Trans-Anadolu qaz boru kəməri layihəsinin açılış mərasimində ölkə Prerzidenti İlham Əliyev TANAP-ın ömrünün uzun olacağını, Türkiyə və Azərbaycan xalqlarına, digər qonşu xalqlara fayda və tərəqqi verəcəyini təntənəli surətdə qeyd etdi. Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan isə iftixarla bildirdi ki, bu layihə ilə sahib olduğumuz zənginlikləri öz vətəndaşlarımızın, onlarla yanaşı, bütün bölgə xalqlarının, bütün insanlığın xidmətinə verməklə bağlı iradəmizi bir daha ortaya qoyduq.

 

Hazırladı:
R.TAHİR,

“Xalq qəzeti” 

3 Dekabr 2019 14:59 - İQTİSADİYYAT
İQTİSADİYYAT

Köhnə versiyamızdan xəbərləri izlə