Ən son xəbərlər

Son buraxılış
Arxiv

“Qalatasaray” – qrupun ilk lideri

“Qalatasaray” – qrupun ilk lideri

Türkiyənin “Qalatasaray” komandası UEFA Çempionlar Liqasında yoluna inamlı qələbə ilə qədəm qoymuşdur. İstanbul klubu qrup mərhələsinin startında öz pərəstişkarları qarşısında Rusiyanın “Lokomotiv” (Moskva) komandasını üç cavabsız qolla ağır məğlubiyyətə uğratmışdır – 3:0.

Bu rəqiblərin çıxış etdikləri “D” qrupunun digər oyununda “Şalke” (Almaniya) və “Portu” (Portuqaliya) bir-birinin müqavimətini qıra bilməyərək heç-heçə ilə kifayətlənmişlər – 1:1
Birinci turdan sonra qrupun lideri 3 xala malik “Qalatasaray”dır. İstanbul futbolçuları növbəti görüşü oktyabrın 3-də Portuqaliyada “Portu”ya qarşı keçirəcəklər.
Digər qruplarda start turunun oyunlarndan “Barselona” – “Eyndhoven” görüşünü xüsusi qeyd etmək olar. Bu matç ispanların 4:0 hesablı qələbəsi və Messinin hollandların qapısına vurduğu üç qolla yadda qalacaq.

Bakıda dünya cüdo bayramı başlanır  

Azərbaycan paytaxtının ən əzəmətli idman saraylarından biri olan Milli Gimnastika Arenasında cüdo üzrə dünya çempionatı start ərəfəsindədir. Artıq bu gün saat 10-da yarışın ilkin mərhələsinin ilk görüşləri keçiriləcək.
Bakıda dünya cüdo bayramı ilin ən mötəbər idman hadisələrindən biridir. Dünən Beynəlxalq Cüdo İttifaqının saytında verilmiş son məlumata görə mundialda 129 ölkədən 800 cüdoçu starta çıxacaq. Onlardan 491 nəfəri kişi, 309-u isə qadın idmançılardır.
Sentyabrın 27-dək davam edəcək dünya çempionatında təkcə azərbaycanlı cüdo həvəskarları deyil, bütün idman aləmi bir həftə ərzində bir-birindən maraqlı və gərgin görüşlərin şahidi olacaq.

 

Oqtay BAYRAMOV, 
“Xalq qəzeti”

19 2018 21:36 - İDMAN
İDMAN
10 Dekabr 2018 | 15:24
Fevraladək fasilə
10 Dekabr 2018 | 15:17
Fəxri kürsüdən kənarda
8 Dekabr 2018 | 21:12
Lukakudan gözlənilməz qərar
7 Dekabr 2018 | 23:34
Rusiya ilə bir qrupda

Ən son xəbərləri səhifəmizdən də izləyin