Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Parlamentin qərarı ölkədə islahatların daha da dərinləşməsi üçün şərait yaradacaq

Parlamentin qərarı ölkədə islahatların daha da dərinləşməsi üçün şərait yaradacaq

Dünən Azərbaycan Respublikasının Milli Məclisində Yeni Azərbaycan Partiyası Siyasi Şurasının ölkə parlamentinin buraxılması ilə bağlı müraciətinə baxılıb. Geniş müzakirələrdən sonra Milli Məclisin buraxılması və növbədənkənar seçkilərin keçirilməsi barədə qərar qəbul edilib. Bu mühüm hadisə ölkə ictimaiyyətinin ən müxtəlif təbəqələri arasında dərin razılıq hissi ilə qarşılanıb. Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin sədri Füzuli Rzaquliyev bu barədə dedi: 

Hesab edirəm ki, parlamentin özünü buraxması, ölkədə növbədənkənar seçkilərin keçirilməsi barədə qərarı düzgün və ədalətlidir. Bu, ölkəmizdə islahatların dərinləşməsi üçün əlverişli şərait yaradacaq.
Məlumdur ki, Azərbaycan Prezidenti möhtərəm İlham Əliyevin təşəbbüsü və rəhbərliyi ilə son vaxtlar ölkəmizdə ciddi kadr və struktur islahatları həyata keçirilir. Məqsəd müstəqil Azərbaycan dövlətinin qüdrətini artırmaq, xalqımızın rifahını daha da yaxşılaşdırmaqdır. 
İslahatlar bu vaxta qədər, əsasən, icra strukturları və məhkəmə-hüquq orqanlarını əhatə edirdi. Hakimiyyətin üç əsas qolundan biri sayılan Milli Məclisin fəaliyyətində də yeniləşmə, modernləşəməyə zərurət yaranmışdı. Təsadüfi deyil ki, dünən Milli Məclis tərəfindən belə bir qərarın qəbul olunması rəğbətlə qarşılandı. 
İnanıram ki, növbədənkənar seçkilərdə ölkə vətəndaşları azad, demokratik şəraitdə xalqımızın ən layiqli namizədlərinə səs verəcəklər. Parlamentin yeni tərkibi, şübhəsiz, qarşıya çıxan yeni çağırışları, cəmiyyətin gözləntilırini uğurla həll etmək iqtidarında olacaq.  

 

Söhbəti qələmə aldı:
M.HACIXANLI, 
“Xalq qəzeti”   

2 Dekabr 2019 22:47 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə