Ən son xəbərlər

Son buraxılış
Arxiv

Şimali və Cənubi Koreya liderləri mühüm razılaşmalara imza atıblar

Şimali və Cənubi Koreya liderləri mühüm razılaşmalara imza atıblar

Sentyabrın 18-20-də Şimali və Cənubi Koreya liderləri Kim Çen In və Mun Çje İn arasında növbəti – beşinci sammit keçirilib. Dünən prezidentlər birgə bəyanat imzalayıblar. Məlumatı RİA “Novosti” verib.
Cənubi Koreya prezidenti Mun Çje İn bildirib ki, Pxenyan və Seul arasında əsas razılaşma Koreya yarımadasının nüvə silahından xilas edilməsi ilə bağlı olub. O, KXDR ərazisindəki Tonçxanni raket poliqonunun bağlanacağını, Yonbendəki nüvə obyektlərinin tamamilə ləğv ediləcəyini vəd edib. 
Prezidentlərin birgə bəyanatında deyilir ki, Pxenyan qərara gəlib ki, raket mühərrikləri poliqonunun və Tonçxannidəki raket-buraxılış meydançasının tamamilə sökülməsini maraqlı ölkələrdən olan müşahidəçilərin nəzarəti altında həyata keçirsin. 
KXDR və Cənubi Koreya Sarı və Yapon dənizlərinin sərhədyanı rayonunda hərbi təlimlərin keçirilməyəcəyi 80 kilometrlik zona yaratmaq barədə razılığa gəliblər. Bu o deməkdir ki, Cənubi Koreyanın Tokçokto adasından Şimali Koreyanın Sarı dənizdəki Çxodo adasınadək, eləcə də cənubdakı Sokçxo limanından şimaldakı Txonçxon limanına qədər 80 kilometr enində sülh zonası yaradılacaq. Burada artilleriya atışları və hərbi-dəniz təlimləri qadağan ediləcək. Eyni zamanda, tərəflər hərbsizləşdirilmiş zonadan hərbçilərin çıxarılması, Pxenyan və Seulun dəmir yollarının birləşdirilməsi barədə də razılığa gəliblər. 
ABŞ Prezidenti Donald Tramp koreyalararası sammitin yekunları ilə bağlı bəyanatdan hədsiz ruhlandığını bəyan edib. “Kim Çen In sonuncu danışıqlar zamanı nüvə obyektlərinin təftişinə, eləcə də poliqon və uçuş meydançasının beynəlxalq ekspertlərin iştirakı ilə sökülməsinə razılıq verib. Eyni zamanda, nüvə və raket sınaqları olmayacaq. Qəhrəmanlarımızın nəşini ABŞ-a qaytarmağa davam edəcəyik. Şimali və Cənubi koreyalar 2032-ci il Olimpiya oyunlarının ölkələrində keçirilməsi ilə bağlı birgə müraciət ediblər. Bütün bunlar çox həyəcanlandırıcıdır”. 

Paşa ƏMİRCANOV,
“Xalq qəzeti”

19 2018 21:33 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Ən son xəbərləri səhifəmizdən də izləyin