Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Rusiya Prezidenti ABŞ astronavtını təltif edib

Rusiya Prezidenti ABŞ astronavtını təltif edib

TASS informasiya agentliyinin yaydığı məlumata görə, Rusiya Prezidenti Vladimir Putin ABŞ astronavtı Nik Heyli “İgidlik” ordeni ilə təltif edib.
Bildirilir ki, amerikalı astronavta mükafatı “Roskosmos” Dövlət Korporasiyasının baş direktoru Dmitri Roqozin təqdim edib. Nik Heyli Rusiyanın bu yüksək ordeninə Baykonur kosmodromunda yaranmış qəzalı vəziyyət zamanı xidməti vəzifəsini yerinə yetirərkən həyatını riskə ataraq göstərdiyi igidliyə və peşəkarlığa görə layiq görülüb.
Xatırladaq ki, 2018-ci il oktyabrın 11-də Baykonur kosmodromunda start götürən və “Soyuz-MS-10” kosmik gəmisini Beynəlxalq Kosmik Stansiyaya çatdırmalı olan “Soyuz-FQ” raketdaşıyıcısı qəzaya uğramışdı. Həmin kosmik gəminin göyərtəsində olan rusiyalı kosmonavt Aleksey Ovçinin və amerikalı astronavt Nik Heyli raketin qəza xilasetmə sistemi sayəsində Qazaxıstan çölündə uğurlu eniş etmiş və 2019-cu ilin martında yenidən kosmosa göndərilmişdilər.

 

Mahmud QƏRİBOV, “Xalq qəzeti”

 

2 Dekabr 2019 22:10 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə