Ən son xəbərlər
Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin məlumatına əsasən ölkə ərazisində hava dəyişib, qeyri-sabit keçib, bəzi yerlərdə şimal-qərb küləyi güclənib, əksər rayonlarda yağış, dağlıq ərazilərdə ( Şahdağ, Qırız) qar yağıb. Şimal qərb küləyi saniyədə arabir Naftalanda 38, Bakıda 34, Daşkəsən, Pirallahı, Mingəçevirdə 26 , Maştağa, Tərtərdə 25 , Xınalıqda 24 , Nabranda 20 , Bərdədə 18 , Xaçmazda 16 , Şəmkirdə 15 metrədək güclənib. Neft Daşları stansiyasının məlumatına əsasən dənizdə dalğanın hündürlüyü 3,8 metrə çatıb.
Sarıbaş (Qax), Xınalıq, Gədəbəy, Naxçıvan, Şərur, Daşkəsən, Göygöl, Gəncə, Şəmkir, Ceyrançöl, Tovuz, Ağstafa, Balakən, Zaqatala, Quba, Qusarda yağış yağıb.
Qeyd edək ki, ölkə ərazisində müşahidə olunan qeyri-sabit, yağıntılı, küləkli hava şəraiti dekabrın 3-ü səhərədək davam edəcək. Dekabrın 3-ü gündüz hava əsasən yağmursuz keçəcək, mülayim cənub küləyi əsəcək.
Qəzənfər QASIMOV,
"Xalq qəzeti”
Köhnə versiyamızdan xəbərləri izlə