Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Macarıstan Silahlı Qüvvələri silahlanmaya yeni H145M helikopterlərini qəbul edib

Macarıstan Silahlı Qüvvələri silahlanmaya yeni H145M helikopterlərini qəbul edib

Macarıstan Airbus şirkətindən sifariş etdiyi H145M helikopterlərini təhvil almağa başlayıb.

Airbus şirkəti verdiyi açıqlamada iki H145M helikopterini Macarıstan Silahlı Qüvvələrinə təslim edildiyini bildirib. Daha 18 helikopterin 2020-ci ildə təslim ediləcəyi bildirilib.

H145M helikopterləri Hiforce silah idarəetmə sistemi ilə təchiz edilib. Bu sistem sayəsində hava-hava, hava-yer hədəflərini asanlıqla vurmaq mümkün olacaq. Sistem, həmçinin 12,7 millimetrlik pulemyot və ya 20 millimetrlik topdan istifadə etməyə imkan verir.

Maksimum qalxış çəkisi 3,7 ton olan H145M silahlı kəşfiyyat və nəzarət, həmçinin axtarış və xilasetmə işçilərinin nəqliyyat və tibbi təxliyəsi üçün nəzərdə tutulub. Macarıstan ordusunun əməliyyat ehtiyaclarını qarşılamaq üçün helikopterlərə ip sistemi, yüksək performanslı kameralar, yanğına qarşı dəstək avadanlığı, ballistik mühafizə və elektron hücum əleyhinə sistem daxildir.

Helikopter iki Saffron Arriel 2E mühərriki ilə təchiz edilib.Bu mühərriklər səssiz işləməsinə görə digərlərindən seçilir. Hazırda xidmətdə olan H145M-lərin uçuşa hazırlıq müddəti 95 faizdən çoxdur.

Qeyd edək ki, ilk dəfə 2015-ci ildə Almaniya Silahlı Qüvvələrinə verilmiş H145M, hazırda Macarıstandan başqa Lüksemburq, Tayland və Serbiya tərəfindən də sifariş edilib.

 

Elşən AĞALAR,
“Xalq qəzeti”

2 Dekabr 2019 15:59 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə