Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

TUSAŞ tərəfindən hazırlanan Aksunqur PUA-nın sınaqları proqrama uyğun olaraq davam edir

TUSAŞ tərəfindən hazırlanan Aksunqur PUA-nın sınaqları proqrama uyğun olaraq davam edir

TUSAŞ şirkəti yüksək texnologiyalara əsaslanan Aksunqur PUA-sını Türkiyə Silahlı Qüvvələrinə təslim etdi.

Anka layihəsindən faydalanaraq istehsal edilən Aksunqur İnsansız Uçuş Aparatı orta hündürlüklü məsafəyə hesablanan, iki mühərrikli və yükgötürmə imkanları olan  bir sistemdir. 20 mart tarixində ilk uçuşunu gerçəkləşdirən Aksunqur, 2 saat 30 dəqiqə havada qalma və 30 min fit yüksəkliyə qalxma imkanlarına sahibdir.

Aksunqur, Türk Motor Sanayii A.Ş (TEI) tərəfindən hazırlanmış iki PD-170 milli turbodizel mühərrikinə malikdir. Vəzifəsi isə kəşfiyyat məlumatları toplamaq və hücum məqsədlidir.

Qeyd edək ki, TUSAŞ hazırda PUA-nın daha da təkminləşdirilməsi üzərində çalışır. Əsas vəzifə isə istehsal ediləcək PUA-lara yerli turbojet mühərriki tətbiq etməkdir.

 

Elşən AĞALAR,
“Xalq qəzeti”

2 Dekabr 2019 15:35 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə