Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

“Muzey əşyalarının daimi mühafizə portalı”na yenidən baxılmışdır

“Muzey əşyalarının daimi mühafizə portalı”na yenidən baxılmışdır

Sumqayıt şəhərində “Muzey əşyalarının daimi mühafizə portalı”nın təkmilləşdirilmiş proqram təminatının istifadə qaydalarına dair təqdimat – treninqlərin yekun mərhələsi keçirildi. 

Məlum olduğu kimi, Mədəniyyət Nazirliyi Əsasnaməsinə uyğun olaraq mühafizə olunan mədəni sərvətlərin siyahısı nazirliyin rəsmi internet səhifəsində yerləşdirilməli və mütəmadi olaraq yenilənməlidir. Bununla əlaqədar, nazirliyin sifarişi ilə yaradılmış “Muzey əşyalarının daimi mühafizə portalı”nın “AdZone” şirkəti tərəfindən yenilənmiş proqram təminatının istifadə qaydaları işlənilmişdir.

Cari ilin iyun-iyul aylarında “Muzey əşyalarının daimi mühafizə portalı”nın yenilənmiş proqram təminatının izah edilməsi məqsədilə nazirliyin məsul nümayəndələri və müvafiq İT şirkətinin əməkdaşlarının iştirakı ilə Qəbələ, Şəmkir, Lənkəran rayonlarında, habelə Bakı şəhərində dörd mərhələdən ibarət təqdimat-treninqlər keçirilmişdir.

Treninqlərin səmərəliliyini və işin gedişatına müsbət təsirini nəzərə alaraq, cari ilin 26 noyabr tarixində Gəncə şəhər Heydər Əliyev Mərkəzində Kürdəmir, Ağstafa, Şəmkir, Gəncə, Bərdə, Ağcabədi, Ağdaş, Şəki regional mədəniyyət idarələrinin tərkibinə daxil olan Heydər Əliyev mərkəzlərinin və muzeylərin direktor, baş mühafiz və portalla işləyən operatorlarının iştirakı ilə yenidən iki mərhələdən ibarət şəkildə keçirilməsi nəzərdə tutulmuş təqdimat-treninqlərin birinci mərhələsi keçirilmişdir.

Noyabrın 29-da isə Sumqayıt şəhər Heydər Əliyev Mərkəzində Sumqayıt, Xaçmaz, İsmayıllı, Sabirabad, Biləsuvar, Masallı, Lənkəran regional mədəniyyət idarələrinin tərkibinə daxil olan, habelə Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin və bilavasitə nazirliyin tabeliyində olan Heydər Əliyev mərkəzlərinin və muzeylərin direktor, baş mühafiz və portalla işləyən operatorlarının iştirakı ilə təqdimat-treninqlərin ikinci-yekun mərhələsi keçirildi.

Mədəniyyət Nazirliyinin “Muzey sərvətlərinin daimi mühafizə portalı” üçün vahid idarəetmə sisteminin yaradılması məqsədilə muzeylər tərəfindən toplanılmış və sistemləşdirilmiş məlumat bazasının idarə olunması, yenilənməsi və internet məkanında təqdim olunması üçün veb-proqram təminatı ən müasir, beynəlxalq və milli texniki parametrlərə və təhlükəsizlik standartlarına cavab verərək, gələcəkdə digər məlumat bazaları və veb-portalları ilə inteqrasiya olunacağı proqnozlaşdırılır.

 

M.MÜKƏRRƏMOĞLU,
“Xalq qəzeti”

2 Dekabr 2019 15:12 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə