Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Əlillərin məşğulluq imkanlarının artırılması məsələlərinə dair seminar

Əlillərin məşğulluq imkanlarının artırılması məsələlərinə dair seminar

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və BP-“British Council”in birgə həyata keçirdiyi “Əlilliyi olan şəxslərin məşğulluq qabiliyyətlərinin artırılması proqramı” çərçivəsində əlilliyi olan şəxslərin məşğulluq imkanlarının artırılması, onların əmək bazarına çıxışının dəstəklənməsi məsələlərinə dair seminar keçirilib.

“BP Azerbaijan” şirkətinin ünsiyyət və sosial sərmayələr üzrə meneceri Tamam Bayatlı BP-nin sosial layihələrindən bəhs edib, bu layihələrdə əlilliyi olan şəxslərə dəstək göstərilməsinin əsas istiqamətlərdən olduğunu bildirib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Aparatının rəhbəri Hidayət Abdullayev əlillərin peşə reabilitasiyası istiqamətində görülən işləri qeyd edib. O, nazirliyin 1 saylı Sağlamlıq İmkanları Məhdud Gənclərin Peşə Reabilitasiya Mərkəzinin bu sahədə mühüm rolunu, bu il nazirliyin sosial sifarişi ilə yeni peşə-sosial reabilitasiya mərkəzlərinin yaradıldığını diqqətə çatdırıb. Əlil olanların kiçik sahibkarlıq imkanlarına yiyələnmələrində özünüməşğulluq proqramının önəmini deyib. Bildirib ki, bu layihə üzrə ötən il 100 nəfər əlilliyi olan şəxsə ingilis dili, kompyuter, sosial bacarıqlar və xüsusi iş sahələri üzrə təlimlər keçirilib, sonda əmək yarmarkası təşkil olunub. Cari ildə də daha 100 nəfər əlilliyi olan şəxs həmin layihəyə cəlb olunub.

“British Council”in Azərbaycan üzrə ofisinin direktor müavini Nigar Baimova qeyd edilən layihə çərçivəsində görülmüş işləri və əldə olunan nəticələri diqqətə çatdırıb.

Sonda müzakirə edilən məsələ ilə bağlı təcrübələr təqdim edilib, əlil olan şəxslərin məşğulluğunun təminatı məsələlələri müzakirə edilib.

 

Z.BƏŞİRQIZI,
“Xalq qəzeti”

2 Dekabr 2019 14:43 - SOSİAL HƏYAT
SOSİAL HƏYAT

Köhnə versiyamızdan xəbərləri izlə