Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycan təamları Lüksemburqda

Azərbaycan təamları  Lüksemburqda

Noyabrın 30-u, dekabrın 1-i Lüksemburqda 60-a yaxın ölkə nümayəndələrinin iştirak etdiyi Xeyriyyə Bazarı həyata keçirilib.

Lüksemburqda yaşayan həmvətənlərimizin və orada fəaliyyət göstərən “Qarabağ” Assosiasiyasının təşəbbüsü ilə sərgidə Azərbaycan da təmsil olunub.

Meyvə, tərəvəz, mürəbbə, şərab, plov, milli şirniyyatımızın dadına baxan xarici vətəndaşlara ölkəmizin tarixi və dəyərləri barədə məlumat verilib.

Tədbir zamanı milli rəqsimizin oynanılması və tarda canlı ifa qonaqların marağına səbəb olub. 

 

Əfsanə BAYRAMQIZI,
“Xalq qəzeti”

2 Dekabr 2019 14:25 -

Köhnə versiyamızdan xəbərləri izlə