Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Kürdəmir, Ucar və Zərdab rayonlarında vətəndaşlarla görüş keçirilib

Kürdəmir, Ucar və Zərdab rayonlarında vətəndaşlarla görüş keçirilib

Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev Kürdəmir rayonunda sakinləri fərdi qaydada qəbul edib.

Qəbuldan əvvəl S.Babayev və Kürdəmir Rayon İcra Hakimiyyətinin başçısı Ceyhun Cəfərov ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzüb, xatirəsini ehtiramla yad ediblər.

Nazir vətəndaşlarla görüşündə Prezident İlham Əliyevin uğurlu sosial siyasətinə uyğun olaraq əhalinin sosial müdafiəsinin gücləndirilməsi, həssas qruplara dövlət qayğısının artırılması istiqamətində aparılan ardıcıl islahatlar barədə məlumat verib. Pensiyalar kimi, sosial müavinət və təqaüdlərin də bu təminat növlərinə hüququ yaranan vətəndaşlara müraciət edilmədən, proaktiv qaydada təyin edilməsi üçün elektron sistemlərin qurulmasının geniş vüsət aldığını diqqətə çatdırıb.

Qəbul zamanı vətəndaşlar sosial təminat növləri üzrə hüququn müəyyən edilməsi, məşğulluğun təminatı, aktiv məşğulluq tədbirlərinə, özünüməşğulluq və peşə hazırlığı proqramlarına, bərpa müalicəsinə cəlb olunma, əlilliyin qiymətləndirilməsi, reabilitasiya vasitələri ilə təminat, əmək hüquqlarının müdafiəsi və s. məsələlərlə bağlı müraciət ediblər.

Həmçinin Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Anar Kərimov Ucar rayonunda və Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Mətin Kərimli Zərdab rayonunda vətəndaşları fərdi qaydada qəbul ediblər. Hər iki rayonda da vətəndaşların müraciətləri obyektiv şəkildə araşdırılaraq cavablandırılıb, müraciətlərdə əksini tapan məsələlərlə əlaqədar tədbirlər görülüb.

 

Z.BƏŞİRQIZI,
“Xalq qəzeti”

2 Dekabr 2019 14:24 - SOSİAL HƏYAT
SOSİAL HƏYAT

Köhnə versiyamızdan xəbərləri izlə