Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

FİFA-dan sərt cəza

FİFA Braziliya Futbol Federasiyasının sabiq prezidenti Rikardo Teyşeyranı ömürlük cəzalandırıb.
Bildirilir ki, 72 yaşlı futbol mütəxəssisi FİFA-nın etik kodeksini pozmaqda, rüşvət almaqda ittiham olunur. Bu üzdən də ali futbol qurumu onu istər milli, istərsə də beynəxalq yarışlarda iştirakdan ömürlük məhrum edib. Teyşeyraya, həmçinin 1 milyon İsveçrə frankı (909 min avro) məbləğində cərimə də kəsilib.
Qeyd edək ki, Teyşeyra Braziliya futboluna 23 il (1989–2012) rəhbərlik edib. O, BFK rəhbərliyinə 1974-cü ildən 1998-ci ilədək FİFA-ya rəhbərlik edən o zamankı qaynatası Xoan Avelanjın güclü dəstəyi ilə gəlib. Teyşeyra BFK-ya rəhbərlik etdiyi uzun illər ərzində dəfələrlə korrupsiya qalmaqallarının mərkəzində olub. Lakin o, hər dəfə BFK-nın rəhbəri postunu qoruyub saxlaya bilib.
Xəbəri “goal.com” yayıb.

Hazırladı: Elçin ABBASOV, “Xalq qəzeti”

1 Dekabr 2019 12:31 - İDMAN
İDMAN
25 Yanvar 2021 | 23:58
Noyerdən yeni rekord

Köhnə versiyamızdan xəbərləri izlə