Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

İşsiz və işaxtaran gənclərə müasir iş axtarışı bacarıqları aşılanır

İşsiz və işaxtaran gənclərə müasir iş axtarışı bacarıqları aşılanır

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti Məşğulluq mərkəzlərində qeydiyyatda olan işsiz və işaxtaran gənclər üçün təlimlərə başlayıb. Təlimlər həmin gənclərə müasir iş axtarışı bacarıqlarının aşılanması, onların əmək bazarına inteqrasiyasının dəstəklənməsi məqsədi daşıyır.

İştirakçılara karyera planlaması, komandanın qurulması, düzgün təqdimat etmək bacarığı, müsahibəyə hazırlıq, maraq və istək məktublarının yazılması, CV, rezume yazılması və digər mövzular üzrə nəzəri və praktik biliklər öyrədilir. Onlara müsahibələrdən uğurlu keçmək yolları aşılanır.

Təlimlər ilin sonuna kimi davam edəcək və respublikanın bütün şəhər və rayonlarını əhatə edəcək.

 

Z.BƏŞİRQIZI,
“Xalq qəzeti”

2 Dekabr 2019 12:29 - SOSİAL HƏYAT
SOSİAL HƏYAT

Köhnə versiyamızdan xəbərləri izlə