• RUB: 0.0259
  • TRY: 0.2937
  • EUR: 1.9673
  • USD: 1.7000
  • Bakı + 18.6 ° C / 65%

Ən son xəbərlər

Son buraxılış
Arxiv

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

№ 400 Bakı şəhəri, 18 sentyabr 2018-ci il

Arıçılıqla məşğul olan fiziki və hüquqi şəxslərə saxladıqları hər arı ailəsinə (pətəyə) görə subsidiya verilməsi Qaydası”nın təsdiq edilməsi haqqında

“Azərbaycan Respublikasında arıçılığın inkişafının stimul-laşdırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin   2018-ci il 5 mart tarixli 3747 nömrəli Sərəncamının 2.1-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:

1. “Arıçılıqla məşğul olan fiziki və hüquqi şəxslərə saxladıqları hər arı ailəsinə (pətəyə) görə subsidiya verilməsi Qaydası” təsdiq edilsin (əlavə olunur).

2. Bu qərar 2018-ci il də daxil olmaqla, 5 (beş) il müddətində qüvvədədir.

 

Novruz MƏMMƏDOV

Azərbaycan Respublikasının Baş naziri 

 

Azərbaycan Respublikası Nazirlər

Kabinetinin 2018-ci il 18 sentyabr

tarixli 400 nömrəli qərarı ilə

təsdiq edilmişdir.

 

Arıçılıqla məşğul olan fiziki və hüquqi şəxslərə saxladıqları

hər arı ailəsinə (pətəyə) görə subsidiya verilməsi

 

QAYDASI

 

1. Ümumi müddəalar

 

1.1. Bu Qayda “Azərbaycan Respublikasında arıçılığın inkişafının stimullaşdırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 5 mart tarixli 3747 nömrəli Sərəncamının 2.1-ci bəndinin icrasını təmin etmək məqsədi ilə hazırlanmışdır və arıçılıqla məşğul olan fiziki və hüquqi şəxslərə (bundan sonra - arıçılar) saxladıqları hər arı ailəsinə (pətəyə) görə Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına subsidiya verilməsi qaydasını müəyyən edir.

1.2. Arı ailələrinin (pətəklərin) identikləşdirilməsi və hər arı ailəsinə (pətəyə) görə subsidiyanın verilməsi üçün arıçılıq təsərrüfatları Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 5 avqust tarixli 116 nömrəli qərarı ilə təsdiq edilmiş “Arıçılıq təsərrüfatlarının uçotu Qaydası”nın tələblərinə uyğun uçota alınmalıdır.

1.3. Arıçılara saxladıqları hər arı ailəsinə (pətəyə) görə ildə           10 (on) manat məbləğində subsidiya  verilir.

         

2. Əsas anlayışlar

 

2.0. Bu Qaydada istifadə olunan anlayışlar aşağıdakı mənaları ifadə edir:

2.0.1. arıçılıq - bal arılarının yetişdirilməsini, çoxaldılmasını, saxlanmasını, onlardan entomofil kənd təsərrüfatı bitkilərinin tozlandırılmasında istifadə edilməsini, arıçılıq məhsullarının istehsalını və emalını əhatə edən kənd təsərrüfatı sahəsi;

2.0.2. arı ailəsi - pətəkdə və ya təbii yuvalarda cəmiyyət halında yaşayan bir ana arı, on minlərlə işçi arılar və minlərlə erkək arılardan ibarət bal arıları;

2.0.3. pətək - arı ailəsinin saxlandığı daşına bilən qurğu (taxta qutu, səbət və s.);

2.0.4. arıçılıq təsərrüfatları - bal arılarının yetişdirilməsi, saxlanması, arıçılıq məhsullarının istehsalı və dövriyyəsi ilə qanunvericilikdə nəzərdə tutulmuş qaydada məşğul olan subyektlər;

2.0.5. arıxana - arıçılıqla məşğul olmaq üçün arı ailələri, zəruri avadanlıq və tikililərlə birlikdə müəyyən ərazidə yerləşdirilmiş pətəklik;

2.0.6. identikləşdirmə - arı ailəsinin (pətəyin) uçota alınması (kodlaşdırılması).

 

3. Arı ailələrinin (pətəklərinin) identikləşdirilməsi və dövlət büdcəsinin vəsaiti hesabına subsidiya verilməsi

 

3.1. Arıçıların saxladıqları arı ailələrinin (pətəklərinin) identikləşdirilməsı və hər arı ailəsinə (pətəyə) görə subsidiya verilməsinin təşkili üçün Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi (bundan sonra - Nazirlik) tərəfindən aşağıdakı tərkibdə rayon (şəhər) komissiyaları yaradılır:

3.1.1. komissiyanın sədri - Nazirliyin rayon (şəhər) dövlət aqrar inkişaf mərkəzinin rəisi;

3.1.2. komissiyanın üzvləri - rayon (şəhər) icra hakimiyyətinin nümayəndəsi, Nazirliyin rayon (şəhər) dövlət aqrar inkişaf mərkəzinin heyvandarlıq sektorunun nümayəndəsi, Nazirliyin yanında Dövlət Baytarlıq Xidmətinin  rayon (şəhər) baytarlıq idarəsinin nümayəndəsi.

3.2. Arıçılar saxladıqları arı ailələrinin (pətəklərin) identikləşdirilməsi və hər arı ailəsinə (pətəyə) görə subsidiya verilməsi üçün bu Qaydanın 1 nömrəli əlavəsinə uyğun tərtib etdikləri ərizələrini, fiziki şəxslər üçün şəxsiyyət vəsiqəsinin, hüquqi şəxslər və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxslər üçün VÖEN-in surətini, subsidiyanın köçürüləcəyi bank hesabına dair məlumatları hər il aprel ayının 30-dək arıçılıq təsərrüfatının yerləşdiyi rayon (şəhər) komissiyalarına təqdim edirlər.

3.3. Rayon (şəhər) komissiyaları bu Qaydanın 3.2-ci bəndində qeyd olunan ərizə daxil olduğu tarixdən 15 gün müddətində yerli icra hakimiyyəti başçısının inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin təmsilçisini, bələdiyyənin nümayəndəsini və ərizəçini cəlb etməklə, məlumatları yerində dəqiqləşdirərək arı ailələrinin (pətəklərinin) mövcudluğunu yoxlayır və üzərində Nazirliyin loqosu, ölkə kodu (AZ), “Arı ailəsi” sözlərinin baş hərfləri (AA), arıçının və arıxananın qeydiyyatda olduğu ərazi barədə məlumatları özündə əks etdirən ştrix-koddan və mətbəə üsulu ilə səkkizrəqəmli sıra nömrəsi yazılmış, uzunluğu 95,0 millimetr, eni 57,0 millimetr ölçüdə düzbucaqlı formada plastik materialdan hazırlanan lövhəni şurup vasitəsilə pətəyin yuxarı sağ küncünə bərkitməklə, arı ailəsinin (pətəyinin) identikləşdirilməsini təmin edirlər.

3.4. Arı ailələrinin (pətəklərin) yoxlanılması və mövcudluğu haqqında rayon (şəhər) komissiyaları tərəfindən bu Qaydanın 2 nömrəli əlavəsinə uyğun 2 (iki) nüsxədən ibarət akt tərtib edilir. Aktın bir nüsxəsi ərizəçiyə verilir, digər nüsxəsi isə rayon (şəhər) komissiyalarında saxlanılır.

3.5. Bu Qaydanın 3.2-ci bəndində göstərilən tarixdən sonra formalaşdırılan arı ailələri (pətəkləri) növbəti ildə identikləşdirilir və hər arı ailəsinə (pətəyə) görə subsidiya verilir.

3.6. Arı ailələri (pətəkləri) özgəninkiləşdirildikdə, təbii fəlakət, xəstəliklər və digər səbəblər nəticəsində məhv olduqda, o cümlədən identikləşdirmə kodu (lövhə) itirildikdə, arıçılar tərəfindən 5 (beş) gün müddətində rayon (şəhər) komissiyalarına məlumat verilir və həmin arı ailələri (pətəkləri) üzrə aparılmış identikləşdirilmə ləğv edilir. 

3.7. Rayon (şəhər) komissiyaları hər il iyun ayının 15-dək inzibati ərazi dairəsi üzrə subsidiya veriləcək arıçılar və onların saxladıqları arı ailələri (pətəkləri), subsidiyanın məbləği barədə məlumatları “Elektron kənd təsərrüfatı” informasiya sisteminə inteqrasiya olunması üçün bu Qaydanın 3 nömrəli əlavəsinə uyğun hazırlanmış icmal siyahını, habelə hesablanmış subsidiyanın arıçıların bank hesablarına köçürülməsi üçün onların bank hesabına dair məlumatları Nazirliyə göndərirlər.

3.8. Bu Qaydanın 3.7-ci bəndinə uyğun olaraq təqdim olunmuş sənədlərə kənd təsərrüfatı nazirinin əmri ilə yaradılan komissiya tərəfindən baxılır və 20 gün müddətində arıçılara saxladıqları hər arı ailəsinə (pətəyə) görə subsidiya verilməsi ilə bağlı qərar qəbul edilir.

3.9. Nazirlik ödəniləcək subsidiyanın arıçıların bank hesablarına köçürülməsi üçün müvafiq sifarişi Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Dövlət Xəzinədarlıq Agentliyinə təqdim edir.

3.10. Bank hesablarının açılması və plastik kartların hazırlanması arıçıların vəsaiti hesabına həyata keçirilir.

4. Yekun müddəalar

 

4.1. Arıçılar  əldə etdikləri məhsul barədə hər il arıçılıq mövsümü başa çatdıqdan sonra oktyabrın 30-dək bu Qaydanın 4 nömrəli əlavəsində göstərilmiş formada hesabat hazırlayaraq, ümumi poçt və ya elektron qaydada rayon (şəhər) komissiyalarına göndərirlər.

4.2. Rayon (şəhər) komissiyaları hər il dekabrın 30-dək arıçılara dövlət büdcəsinin vəsaiti hesabına ödənilmiş subsidiyanın məbləği barədə hesabatı Nazirliyə təqdim edirlər.

4.3. Subsidiya verilmiş arıçılara dair elektron məlumatlar Nazirliyin rəsmi internet saytında yerləşdirilir.

4.4. Arıçılara dövlət büdcəsindən ayrılmış vəsait hesabına subsidiyanın təyinatı üzrə verilməməsinə görə vəzifəli şəxslər qanunla müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar.

 

Qeyd. Bu Qaydada dəyişikliklər Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 24 avqust tarixli 772 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İcra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının hazırlanması və qəbul edilməsi qaydası haqqında Əsasnamə”nin 2.6-1-ci bəndinə uyğun edilə bilər.

 

 

 

 

____________________

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

“Arıçılıqla məşğul olan fiziki və hüquqi şəxslərə saxladıqları hər arı ailəsinə (pətəyə) görə subsidiya verilməsi  Qaydası”na

 

1 nömrəli əlavə

 

 

  __________________ rayon (şəhər) komissiyasına         

                                     (rayonun (şəhərin) adı)

 

__________________________________________

                                  (arıçının  soyadı, adı, atasının adı, hüquqi şəxsin adı və ya   

                                      səlahiyyətli nümayəndəsinin soyadı, adı, atasının adı)

 

__________________________________tərəfindən

           

 

 

ƏRİZƏ

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il                  18 sentyabr tarixli 400 nömrəli qərarı ilə təsdiq edilmiş “Arıçılıqla məşğul olan fiziki və hüquqi şəxslərə saxladıqları hər arı ailəsinə (pətəyə) görə subsidiya verilməsi  Qaydası”na uyğun olaraq, ______________________________ saxladığım ____  arı  ailəsinin

 (arıçılıq təsərrüfatının yerləşdiyi ərazinin adı)

(pətəyin) identikləşdirilməsini və Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına subsidiyanın verilməsini xahiş edirəm.

 

 ____________  ____________________

                                                M.Y.                                    (imza)

 

_________________________________________

                                      (vəzifəsi, soyadı, adı, atasının adı, əlaqə vasitəsi)

 

 

                                                  “____” ____________ 20__-ci il

 

 

 

“Arıçılıqla məşğul olan fiziki və hüquqi şəxslərə saxladıqları hər arı ailəsinə (pətəyə) görə subsidiya verilməsi  Qaydası”na

 

2 nömrəli əlavə

 

Arı ailələrinin (pətəklərinin) yoxlanılması və                           mövcudluğu haqqında

 

AKT

 

   ______rayonu (şəhəri) _______kəndi     “____” _______20__ -ci il

 

Biz, aşağıda imza edənlər:  

1. ____rayon (şəhər) dövlət aqrar inkişaf mərkəzinin əməkdaşı_____

2. _____rayon (şəhər) baytarlıq idarəsinin əməkdaşı________

3. ________rayon (şəhər) icra hakimiyyətinin __________ inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin təmsilçisi _­­_________________

4. _________bələdiyyəsinin təmsilçisi ________________________

5. Ərizəçi   _____________________________________________

      

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il                18 sentyabr tarixli 400 nömrəli qərarı ilə təsdiq edilmiş “Arıçılıqla məşğul olan fiziki və hüquqi şəxslərə saxladıqları hər arı ailəsinə (pətəyə) görə subsidiya verilməsi Qaydası”na uyğun olaraq, arıçılıq mövsümünün başlanması ilə əlaqədar ____________ rayonunun (şəhərinin) ___________ qəsəbə (kənd) sakini _____________________________________  müraciətinə əsasən,

                       (soyadı, adı, atasının adı)

20___-ci il  “____” _________ tarixinə təsərrüfatında olan arı ailəsinin (pətəyin) mövcudluğunun yoxlanılması və dövlət büdcəsinin vəsaiti hesabına subsidiyanın verilməsi üçün baxış keçirdik.             

       Rayon (şəhər) komissiyası ____________ rayonunun ___________ qəsəbəsində (kəndində) yerləşən _____________________________________ arıçılıq təsərrüfatında

            (soyadı, adı, atasının adı, FİN və ya VÖEN-i)

aşağıdakıları müəyyən etdi:

 

 

 

Sıra №-si

 

Pətəyin identikləş-dirmə

kodu, nömrəsi

 

Arı ailəsinin vəziyyəti

Bal arısının cinsi

işçi və erkək arı ilə sıx örtülmüş çərçivələrin sayı (ədəd)

ana arının mövcud-luğu

 

Boz Dağ Qafqaz

Sarı Qafqaz

 

digərləri

və ya təyin edilməyən

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Qeyd olunanları nəzərə alaraq, 20__-ci il “____” _________tarixinə ______________________________ məxsus arıçılıq təsərrüfatında                                                                                                                                                                                             

(soyadı, adı, atasının adı, FİN və ya VÖEN-i)

           

______ arı ailəsinin (pətəyin) mövcud olduğunu müəyyən etdik.

                                                                                                                                    

Aktın doğruluğunu imzalarımızla təsdiq edirik:

 

 ___________   _________________________

                                                  (imza)               (soyadı, adı, atasının adı, vəzifəsi)

 _____________   _______________________

      _____________   _______________________                               

 

 

 

“Arıçılıqla məşğul olan fiziki və hüquqi şəxslərə saxladıqları hər arı ailəsinə (pətəyə) görə subsidiya verilməsi  Qaydası”na

 

3 nömrəli əlavə

 

 

 

TƏSDİQ   EDİRƏM:

 

_________ rayon (şəhər) komissiyasının sədri __________________________

              (soyadı, adı, atasının adı)

 

 

 “____”  _______________ 20__-ci il 

 

20___-ci  il üzrə _____________rayonunda (şəhərində) arıçılıqla məşğul olan fiziki və hüquqi şəxslərə saxladıqları hər arı ailəsinə (pətəyə)  görə veriləcək subsidiyanın məbləğinə dair

 

İCMAL SİYAHI

 

Sıra №-si

 

Təsərrüfat sahibinin

soyadı, adı, atasının adı

Əlaqə vasitəsi (telefon nömrəsi)

Arı ailələrinin (pətəklərin) sayı  (ədəd)

Subsidiyanın məbləği

(manat)

 

­­­­________________   üzrə cəmi

                                    (şəhər, qəsəbə, kənd)

 

 

 

 

 

 

 

 

 

 

 

­­­­________________   üzrə cəmi

                                    (şəhər, qəsəbə, kənd)

 

 

 

 

 

 

 

 

 

 

 

­­­­________________   üzrə cəmi

                                    (şəhər, qəsəbə, kənd)

 

 

 

 

 

 

 

 

 

 

 

Rayon (şəhər) üzrə cəmi

 

 

 

           

 

Rayon (şəhər) komissiyasının üzvləri:

        ____________________     ____________________________

                           (imza)                                 (soyadı, adı, atasının adı, vəzifəsi)

        ____________________     ____________________________

        ____________________     ____________________________

“Arıçılıqla məşğul olan fiziki və hüquqi şəxslərə saxladıqları hər arı ailəsinə (pətəyə) görə subsidiya verilməsi  Qaydası”na

 

4 nömrəli əlavə

 

 

 

 

________rayonunun (şəhərinin) ________  qəsəbəsində (kəndində)

 

______________________ tərəfindən 20___-ci ilin arıçılıq mövsümü

(soyadı, adı, atasının adı, FİN və ya VÖEN-i)

ərzində istehsal etdiyi arıçılıq məhsulları haqqında

 

 

MƏLUMAT

 

                                         Arı ailələrinin (pətəklərin) sayı_______

                                                                                                                     (ədəd)

 

Sıra №-si

İstehsal edilmiş məhsul

Qeyd

məhsulun adı

ölçü vahidi

miqdarı

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

                                    

_____________          ____________________________________

           (imza)                            (soyadı, adı, atasının adı və ya hüquqi şəxsin adı)

                                                                                                      

“_____” _____________20___-ci il

 

 

__________________

 

NAZİRLƏR KABİNETİNİN QƏRARLARI

Ən son xəbərləri səhifəmizdən də izləyin